Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə işçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etmişlər
Dekabrın 12-də Ədliyyə Nazirliyində müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Ədliyyə işçiləri əvvəlcə Fəxri Xiyabana gələrək, dahi öndərin məzarını ziyarət etmiş, abidəsi önünə tər gül dəstələri qoymuşlar.
Sonra tədbir Nazirliyin mərkəzi aparatında davam etdirilərək əbədiyaşar şəxsiyyətin büstü önünə əklil qoyulmuş, əziz və işıqlı xatirəsi anılmışdır.
Nazirlikdə keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ömrünü müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq naminə müstəsna xidmətlərindən söz açmış, onun tarixi irsinin hər bir vətəndaşın qəlbində əbədi yaşayacağını və bu gün onun ideyalarının xalqımızın böyük həmrəyliklə dövlət rəhbəri seçdiyi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkəmizin çiçəklənməsinə, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etdiyini xüsusi vurğulamışdır.
Təşkil olunmuş ehsan süfrəsindən sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər və yeni nəşrlərlə tanış olmuş, maraqlı ekspozisiyalara baxmış, dahi öndərə həsr olunmuş filmi izləmişlər.

12/12/2008


























Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |