Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu olan ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasında misilsiz xidmətləri hər zaman qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıqla qeyd olunur, əziz və işıqlı xatirəsi sonsuz məhəbbət hissi ilə yad edilir.

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə əbədi ehtiramlarını bildiriblər.

Əbədiyaşar liderin Ədliyyə Nazirliyindəki büstü önünə tər çiçəklər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə Heydər Əliyev muzeyində anım mərasimi keçirilib.

Tədbirdə Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunub, bu il 25 illiyini qeyd etdiyimiz müstəqilliyimizin xilaskarı olan Heydər Əliyev tərəfindən bütün sahələrdə köklü islahatların aparıldığı və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyaraq dünya siyasi xəritəsində öz layiqli yerini tutduğu qeyd olunub.

Həmçinin, doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən ulu öndər Heydər Əliyev haqqında xoş xatirələr bölüşülüb, dahi rəhbərin dövlət məmurları qarşısında vətənpərvərlik, sağlam mənəviyyat, qanunun aliliyinin daim uca tutulması ilə bağlı tələbləri bir daha vurğulanıb, Ümummilli Liderin əsl dövlətçilik, idarəçilik və vətəndaşlıq məktəbi olan titanik fəaliyyətinin indiki və gələcək nəsillərə örnək olduğu, əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı bildirilib.

Mərasimdə Heydər Əliyevin yüksək dövlətçilik amallarının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, yeni qlobal çağırışlara uyğun hərtərəfli islahatlar həyata keçirilməklə respublikamızın davamlı və sabit inkişafının təmin olunduğu vurğulanıb, ölkəmizin və Heydər Əliyev ideyalarının dünyada təbliğində onun adını daşıyan Fondun müstəsna xidmətləri qeyd olunub.

Çıxış edənlər dahi liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Anım günü ilə bağlı ədliyyə qurumlarında tədbirlər keçirilib, nazirliyin Heydər Əliyev muzeyində Ümummilli Liderin zəngin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunub, yaradılmış elektron məlumat lövhəsində foto-slaydlar və kinozalda filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil olunub.

12/12/2016


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |