Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
İranın ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş

Dekabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, ölkələrimizin zəngin müqavilə bazasına söykənən əlaqələrinin hüquqi sahədə də uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlərdən bəhs edilib.

Söhbət zamanı iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə maraq göstərilib, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, hüquqi məsələlərin həlli üçün mütəmadi ekspert məsləhətləşmələrin keçirilməsi məqsədilə işçi qrupun yaradılmasına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin edilməsi barədə razılığa gəlinib, həmçinin hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər müzakirə olunub.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

22/12/2016


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |