Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ölkə Prezidentinin tapşırıqlarının icrası diqqət mərkəzindədir

Dekabrın 28-də Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, insanlara qayğılı münasibətin göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlarının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçən kollegiyada vətəndaşların hüquqlarının etibarlı təmin olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, əhalinin daha çox təmasda olduğu qurumların fəaliyyətinin təkmilləşdirilərək bu sahədə müasir elektron xidmətlərin geniş tətbiqi, ədliyyə orqanlarına və məhkəmələrə çatımlığının asanlaşdırılması, habelə korrupsiyaya qarşı tədbirlərin davam etdirildiyi bildirilib, həmçinin mövcud nöqsanlar qeyd olunaraq əlavə təsirli tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunaraq, ədliyyə fəaliyyəti üzrə növbəti il üçün əsas prioritetlər müəyyən edilib, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, açıq hökumətin təşviqi, vətəndaşlara daim qayğı ilə xidmət göstərilməsi və bu zaman etik davranış qaydalarına dönmədən əməl olunması, ədliyyə və məhkəmə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi, işçilərin peşəkarlığının artırılması üzrə və digər konkret tapşırıqlar verilib.

İclasda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb, onlardan 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.

Kollegiyada, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, regional ədliyyə qurumlarının imkanlarından geniş istifadə olunmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

28/12/2016


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |