Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Avropa Şurası ilə hüquqi sahədə layihələr təşviq olunur

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı çərçivəsində Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək" layihəsinin icrası başa çatıb.

Bununla əlaqədar AŞ İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu tərəfindən Bakıda yekun konfrans və Rəhbər Komitənin iclası keçirilərək layihənin nəticələri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Bildirilib ki, Avropa Şurasının fəal dəstəyi və ekspertlərinin yaxından iştirakı ilə keçirilmiş layihə çərçivəsində 5 pilot məhkəməsi müəyyən olunaraq məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması sahəsində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) alətlərinin tətbiqi ilə bağlı tədbirlər görülüb, məhkəmələrdə məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilməklə pilot məhkəmələrdə vətəndaşlar, məhkəmə işçiləri və vəkillər arasında belə sorğular keçirilib. Həmçinin, Ədliyyə Akademiyasında hakimlər və məhkəmə aparatı işçiləri üçün təlimlər təşkil olunaraq ümumilikdə 180 nəfər "Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması" və digər mövzular üzrə ixtisasartırma kurslarına cəlb edilib, habelə hazırda təlim keçən hakimliyə namizədlərin proqramına müvafiq mühazirələr daxil edilərək tədris olunub.

Aprelin 5-də həmin tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan AŞ Ədliyyə və Hüquqi Əməkdaşlıq bölməsinin rəhbəri xanım Hanne Yunkerin başçılıq etdiyi nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü keçirilib.

Avropa Şurası və onun struktur qurumları, o cümlədən CEPEJ ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir müavini ötən dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən qanunvericilik və institusional islahatlar və yeniliklər barədə məlumat verib, dövlətimizin başçısının cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının önəmini qeyd edərək bu mühüm sənədin məhkəmə və penitensiar sahələrdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğunu vurğulayıb.

Bildirilib ki, məhkəmə-hüquq sahəsində Avropa Şurası ilə sıx əməkdaşlığın təzahürü olaraq adıçəkilən layihənin uğurlu icrası həyata keçirilən islahatlara dəyərli töhfədir və gələcək əməkdaşlıq üçün bir çox prioritetlər üzrə yeni perspektivlər mövcuddur.

Avropa Şurasının ölkəmizlə sıx əməkdaşlığını qeyd edən xanım H.Yunker Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı islahatlara xüsusi diqqət yetirilməsini alqışlayıb, Ədliyyə Nazirliyi, o cümlədən Ədliyyə Akademiyası ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb. Birgə layihənin uğurlu nəticələrindən danışan qonaq layihə çərçivəsində pilot məhkəmələrin fəal qatılaraq tədbirlərdə həvəslə iştirak etdiklərini, həmçinin keçirilmiş təlimlərin səmərəsini qeyd edib.

Xanım H.Yunker AŞ-nın əlaqələrin bundan sonra da davam etdirilməsinə və yeni layihələrin təşviqinə hazır olduğunu vurğulayıb.

Görüşdə ədalət mühakiməsinin effektivliyinin artırılması, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, məhkəmələrdə iş yükünün azaldılması, mediasiya institutunun tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, bir sıra konkret təkliflər irəli sürülüb.

Tədbirdə Avropa Şurası Bakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib.

05/04/2017


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |