Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə Nazirliyində görüş

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı əsasında həyata keçirilən "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində Bakıda keçirilən konfransda iştirak etmək üçün səfərdə olan AŞ-nin Demokratik idarəetmə üzrə direktoru xanım Klaudia Luçiani ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən tədbirlərdən danışan nazir müavini qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu sahədə beynəlxalq tövsiyələr nəzərə alınmaqla qanunvericilik bazasının formalaşdırıldığını, o cümlədən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqini vurğulayaraq layihə çərçivəsində nazirliyin Avropa Şurası ilə qarşılıqlı fəaliyyətini qeyd edib.  

Xanım K.Luçiani birgə həyata keçirilən "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi üzrə görülən işlər və konfrans barədə məlumat verərək Avropa Şurasının ekspertlərinin QHT-lərə dair hazırladığı hesabatla bağlı Azərbaycan tərəfi ilə maraqlı müzakirələrin aparıldığını bildirib.

Konstruktiv dialoq şəraitində keçən görüşdə vətəndaş cəmiyyətinin inkişafı, elektron xidmətlərin tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və s. məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.

Tədbirdə AŞ-nın Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib. 

19/04/2017


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |