Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Azərbaycan-Latviya: hüquqi əlaqələr genişlənir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib.

Qonaqlar aprelin 25-də əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Sonra ədliyyə naziri Fikrət Məmmədovun Latviyanın ədliyyə üzrə dövlət katibi R.Kronberqs ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan və Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, hüquqi əlaqələrin genişləndirilməsinə maraq göstərilərək nazirliklər arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılıq əldə olunub. Həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.

R.Kronberqs səfər zamanı ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu vurğulayıb, məhkəmə-hüquq sistemindəki yenilikləri maraqla qarşılayıb.

Latviyalı qonaqların, həmçinin ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərləri ilə keçirilmiş geniş tərkibdə görüşündə ədliyyə sistemi, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı ətraflı müzakirələr aparılıb, qarşılıqlı fəaliyyətin genişləndirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Tədbirdə Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs iştirak edib.

Həmin gün Latviya nümayəndə heyətinin Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ədliyyə Akademiyasında görüşləri keçirilib. Eyni zamanda, qonaqlar ölkəmizdə məhkəmə infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərə maraq göstərərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sisteminin tətbiqi ilə tanış olublar.

Səfər çərçivəsində latviyalı qonaqların, həmçinin bölgələrdə inşa olunmuş yeni məhkəmə bina və kompleksləri, yerli və regional ədliyyə qurumlarının, müasir  penitensiar müəssisələrin fəaliyyəti, habelə Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzləri, eləcə də  respublikamızın tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.

25/04/2017


























Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |