Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə Nazirliyi informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssisləri qulluğa qəbulla bağlı açıq müsabiqəyə dəvət edir

Ədliyyə sistemində informasiya texnologiyalarının tətbiqinin mərkəzləşdirilmiş və mütəşəkkil qaydada aparılması, elektron xidmətlərin genişləndirilməsi, bu sahədə davamlı inkişafın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyində yeni yaradılmış İnformasiya-kommunikasiya texnologiyaları idarəsində vakant vəzifələrin zəruri hazırlığa malik peşəkar mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Bununla əlaqədar qanunvericiliyin tələblərinə cavab verən aşağıda göstərilən sahələrdə xüsusi biliklərə malik Azərbaycan Respublikası vətəndaşları açıq müsabiqədə iştirak etməyə dəvət olunur:

 1. Mühəndis-proqramçı (3 nəfər):

Proqramlaşdırma bilikləri: C#, VB, JAVA, Android, İOS, Ajax, HTML, CSS, JavaScript, JQuery, Ajax, Angular JS;

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle, PL/SQL;

Java veb texnologiyaları: Servlet, JSP, JSF, Primeface;

Veb servislər: SOAP, Restful, DevExpress.

2. Veb-dizayner (1 nəfər):

HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, Prototype, Angular;

Adobe İllustrator, Photoshop, AfterEffects, Premiere, Corel DRAW;

RESTful veb servislərlə işləmək bacarığı.

3. Məlumat bazası üzrə analitik (1 nəfər):

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle;

Əməliyyat sistemləri: Linux, Windows Server 2008, 2012 R2;

Məlumat bazalarındakı məlumatların analiz edilməsi, hesabatların alınması, backup/restore bacarığı.

4. Sistem inzibatçısı (1 nəfər):

Əməliyyat sistemləri: Windows Server (2008, 2012, 2016), Linux (RHEL, CentOS, Scientific);

Virtualizasiya: VMware 5.0, 6.0;

Application server: İİS 7.0, 7.5, 8.0, Tomcat 7, 8, Glassfish 3, 4;

Serverlərin sazlanması, əməliyyat sistemlərinin yüklənməsi, Domain, DNS və SSL sertifikatların qurlaşdırılması.

5. İnformasiya sistemlərinin təhlükəsizlik analitiki (1 nəfər):

Təhlükəsizliyin müəyyən edilməsi metodları və həllərinin idarə olunması;

Təhlükəsizliklə bağlı monitorinq və analizlərin həyata keçirilməsi, hesabatların hazırlanması;

Davam edən təhlükəsizliyin qiymətləndirilməsi, həllinin müəyyən edilməsi;

CİSSP və ya CEH sertifikatı olanlara üstünlük verilir.

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ilə yanaşı Nazirliyə, həmçinin ixtisası üzrə zəruri iş təcrübəsinə və peşə vərdişlərinə, o cümlədən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və vahid büdcə təsnifatı sahəsində biliklərə malik ədliyyə orqanlarında çalışan işçilərə aid qanunverciliyin tələblərinə cavab verən mühasib (3 nəfər) və iqtisadçılar (2 nəfər) müraciət edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını 2017-ci il iyun ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Kadrlar və İnformasiya-kommunikasiya texnologiyaları idarələrinə təqdim edə bilərlər (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1 və Azadlıq prospekti 72).

Aidiyyəti məsələlərə, o cümlədən tələb olunan sənədlərin siyahısına dair Nazirliyin internet səhifəsində və (012) 404-42-51 telefonu vasitəsilə əlavə məlumat almaq olar.

01/06/2017


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |