Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə nazirinin ECO təşkilatının iclası çərçivəsində görüşləri olub

İyunun 6-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasında iştirak edən ədliyyə naziri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədov tədbir çərçivəsində bir sıra görüşlər keçirib.


İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraj ilə görüş

İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraj ilə keçirilmiş görüşdə xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin, ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması çərçivəsində İslam dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini, bunun təzahürü olaraq cari ilin fevralında İranın ədliyyə nazirinin ölkəmizə məhsuldar səfərini qeyd edib, N.Serajla bir sıra qlobal antikorrupsiya tədbirlərində faydalı görüşlərini xatırladıb.

Səfər zamanı ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu söyləyən qonaq 400 milyon əhalini birləşdirən ECO təşkilatının əhəmiyyəti və fəaliyyəti barədə məlumat verib, ölkəsində həyata keçirilən antikorrupsiya tədbirlərindən, habelə İranda yaradılmış Beynəlxalq Ombudsman Akademiyasının fəaliyyətindən bəhs edib. O, həmçinin hüquqi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib, İranın ədliyyə nazirinin salamlarını çatdırıb.


Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner ilə görüş

Tədbir çərçivəsində ədliyyə naziri Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşüb.

Görüşdə M.Kreutner Azərbaycan və Beynəlxalq Antikorrupsiya Akademiyasının uğurlu əməkdaşlığını qeyd edib, ölkəmizin qurumun işinə dəstəyini təqdir edərək onun davam etdirilməsinin əhəmiyyətini, habelə azərbaycanlı məzunların Akademiyada yüksək nəticələr əldə etməsini vurğulayıb. Həmçinin, F.Məmmədovun və M.Kreutnerin rəhbərliyində təmsil olunduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının korrupsiyaya qarşı aparılan qlobal mübarizədə rolu qeyd olunub, qurumun inkişaf perspektivləri, növbəti konfransın keçirilməsi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


Türkiyənin Baş Prokurorunun müavini Halil Adıgözəl ilə görüş

Eyni zamanda, Türkiyənin Baş Prokurorunun müavini Halil Adıgözəl ilə görüş keçirilərək dost və qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə əməkdaşlığa dair danışıqlar aparılıb, Türkiyədə bu sahədə islahatların həyata keçirildiyi nəzərə alınaraq Azərbaycanın nailiyyətlərinə maraq göstərilib, təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

06/06/2017


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |