Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Azərbaycan və Belarus arasında ədliyyə sahəsində əlaqələr genişlənir

Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair mühüm sazişlər imzalanaraq səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Əlaqələrin genişləndirilməsi, ədliyyə və məhkəmə islahatları ilə tanış olmaq məqsədilə cari il iyunun 19-22-də Belarus Ədliyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Səfər zamanı qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Sonra Ədliyyə Nazirliyində Belarus nümayəndə heyəti ilə nazir müavini Toğrul Musayevin görüşü keçirilib.

Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini bu əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində həllində Belarus dövlətinin ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirdiyini bildirib. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, nazirliyin çoxşaxəli fəaliyyət istiqamətləri barədə məlumat verib, əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu söyləyib.

Azərbaycana səfərindən məmnunluqlarını ifadə edən qonaqlar respublikamızın hərtərəfli inkişafını, məhkəmə-hüquq sistemindəki nailiyyətləri təqdir edib, dövlətlərimiz arasında çox yaxşı münasibətlərin olduğunu vurğulayaraq qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə əməkdaşlığın prioritetləri və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Səfər zamanı Belarus nümayəndə heyəti Nazirliyin ayrı-ayrı istiqamətləri, o cümlədən qanunyaradıcı fəaliyyət, əhaliyə elektron xidmətlərin göstərilməsi, qeydiyyat və notariat, müxtəlif reyestrlər, habelə kommersiya hüquqi şəxslərin "bir pəncərə" prinsipi ilə qeydiyyatı, həmçinin Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sisteminin tətbiqi ilə tanış olub.

Qonaqlar Azərbaycan brendi olan "ASAN xidmət"in fəaliyyətini böyük maraqla qarşılayaraq, müxtəlif dövlət orqanlarının, o cümlədən ədliyyənin göstərdiyi xidmətlərlə tanış olub, ASAN xidmətin fəaliyyət prinsiplərinin öz ölkəsində tətbiqi ilə bağlı niyyətini ifadə ediblər.

22/06/2017


























Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |