MƏXFİLİYİN TƏMİN EDİLMƏSİ
1.Məxfilik qaydası
1.1. Bu Məxfilik Qaydası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi internet ehtiyatından (www.justice.gov.az) (bundan sonra - Vebsayt) istifadə zamanı toplanan məlumatların məxfiliyinin qorunması və emalı prinsiplərini müəyyən edir
1.2. Bu Məxfilik qaydası İstifadəçinin Vebsayt vasitəsilə dövlət xidmətlərindən istifadə zamanı şəxsi məlumatlarının alınması, saxlanılması, işlənilməsi, istifadəsi, açılması və müdafiəsi qaydasını müəyyən edir.
1.3. İstifadəçinin şəxsi məlumatları - İstifadəçinin Vebsaytdan istifadə prosesində təqdim etdiyi və Vebsaytdan istifadə prosesində avtomatik qaydada ötürülən və ya əldə edilən informasiyaların məcmusudur.
1.4. İstifadəçilərin şəxsi məlumatları Vebsaytın məlumat bazasında yerləşir və saxlanılır.
1.5. İstifadəçi dövlət xidmətlərindən istifadə zamanı, Vebsaytdan istifadə prosesində, müvafiq məlumatları, o cümlədən şəxsi məlumatları verir.
1.6. İstifadəçi Vebsayta şəxsi məlumatlarını və istənilən başqa məlumatları könüllü olaraq verir (yerləşdirir).
1.7. Şəxsi məlumatların işlənməsi həmin məlumatlarla bağlı istənilən hərəkətlərdən (onların toplanması, qeydiyyatı, saxlanması, uyğunlaşdırılması, dəyişdirilməsi, yenilənməsi, istifadəsi və yayılması, ləğv edilməsi) ibarətdir.
1.8. Vebsaytın topladığı şəxsi məlumatlar, habelə bu məlumatların işlənməsi dövlət xidmətlərindən istifadə ilə bağlı həyata keçirilən fəaliyyətlə bağlıdır.
1.9. Dövlət xidmətlərindən istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş məlumatlar və şəxsi məlumatlar başqa İstifadəçilərə və (və ya) üçüncü şəxslərə ötürülmür, istifadəyə verilmir.
1.10. İstifadəçi Vebsayta verdiyi (daxil etdiyi) istənilən məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.
1.11. Vebsayt istifadəçinin şəxsi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli tədbirləri görür.
1.12. Vebsayt tərəfindən toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır. Vebsayt istifadəçilərin şəxsi və başqa məlumatlarına giriş və onlardan istifadə səlahiyyəti olan bütün əməkdaşları bu məlumatların üçüncü şəxslərə yayılmaması haqqında razılaşma imzalamışlar.
1.13. Vebsayt informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək, dövlət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik) istifadə olunur.
1.14. Vebsaytda olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, Servis tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə olunur.
2. Məxfilik qaydasına dəyişikliklərin daxil edilməsi
2.1. Vebsayt Məxfilik qaydasına dəyişikliklər edə və onları yeniləyə bilər.
2.2. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o, Vebsaytdan istifadəni dayandıra bilər. Əgər İstifadəçi Vebsaytdan istifadə etməyə davam edirsə, o, dəyişikliklərlə razılaşmış sayılır və bütün dəyişiklikləri və Məxfilik qaydasının yeni redaksiyasını qəbul etmiş olur.