IMAGE

Gənc ədliyyə qulluqçuları Heydər Əliyev Muzeyini ziyarət ediblər

Gənc ədliyyə qulluqçuları Ədliyyə Nazirliyinin inzibati binasında yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

Ziyarətin məqsədi gənc əməkdaşların Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək olub.

Ədliyyə qulluqçuları muzeydə Ulu Öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu, onun Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında göstərdiyi misilsiz xidmətləri, hüquq-mühafizə orqanlarının inkişafına verdiyi töhfələri özündə əks etdirən eksponatlarla tanış olublar.

Belə maarifləndirici tədbirlər gənc nəslin dövlətçilik dəyərlərinə bağlılığını gücləndirməklə yanaşı, onların peşəkar və vətənpərvər kadr kimi yetişməsində mühüm rol oynayır. 


iacca
iap
business ready
eplc
Ən Tez