IMAGE

Ədliyyə orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla tamamlamış və 6 aylıq stajorluq müddəti müəyyən edilməklə işə qəbul olunmuş ədliyyə işçilərinin andiçmə mərasimi keçirilib.

Yeni ədliyyə qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxış edərək bildirib ki, ədliyyə sistemi hüquqi dövlətin vacib institutlarından biri kimi dövlətin və cəmiyyətin müxtəlif sahələri ilə əlaqəli şəkildə faəliyyət göstərir. O qeyd edib ki, yeni əməkdaşlar dövlətə və qanunlara sədaqət andı içərək bu şərəfli xidmətə başlayırlar. Nazir müavini yeni ədliyyə qulluqçularının insan hüquq və azadlıqlarına hörmət edərək, qanunçuluq və humanizm prinsiplərini rəhbər tutaraq, dövlətçiliyə daim sadiq qalaraq vəzifələrini ləyaqətlə yerinə yetirəcəyinə, ədliyyə orqanlarının nüfuzunun artırılmasına töhfə verəcəyinə inamını ifadə edib.

Daha sonra ədliyyə qulluqçularının Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında işə qəbul olunması barədə imzalanmış müvafiq əmr səsləndirilib. 

Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələri təqdim edilib.

Qeyd edək ki, Nazirliyin Müsabiqə Komissiyası tərəfindən keçirilən sonuncu müsabiqə üzrə 354 hüquqşünas sənəd təqdim edib, onlardan 183 nəfər test imtahanına buraxılıb. Test imtahanı, söhbət və icbari təlim mərhələlərini uğurla tamamlamış, 32-si qadın, 25-i kişi olmaqla 57 namizəd ədliyyə orqanlarında işə qəbul edilib.


iacca
iap
business ready
eplc
Ən Tez