Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi Layihənin icra qrupu üçün mühasib vəzifəsinə vakansiya elan edir

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi Layihənin icra qrupu üçün mühasib vəzifəsinə vakansiya elan edir

Namizədlərə verilən əsas tələblər aşağıdakılardır:

  1. Maliyyə, iqtisadiyyat və/yaxud ticarət-sənaye fəaliyyətinin idarəolunması kimi münasib ixtisaslar üzrə ali təhsilli;
  2. Mühasibat işində ən azı üç (3) illik iş təcrübəsi;
  3. Dünya Bankı və ya digər beynəlxalq qurumların maliyyələşdirdiyi layihələrdə iş təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir;
  4. Dünya Bankının və ya digər beynəlxalq qurumların/agentliklərin malların/işlərin satınalınması üzrə prosedurları barədə biliyi;
  5. Azərbaycan dilini mükəmməl bilməsi, güclü yazı, şifahi nitq, dinləmə və insanlarla münasibət yaratmaq bacarıqları;
  6. İngilis dilini mükəmməl bilməsi, güclü yazı, şifahi nitq və dinləmə bacarıqları;
  7. Kompüterdən, xüsusilə MsExcel və 1C mühasibat proqramından istifadə üzrə yüksək bacarığı.

Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən Azərbaycan və ingilis dillərində tərcümeyi-halın (CV) elektron və çap variantını, habelə təhsil sertifikatlarının və digər rəsmi sənədlərin surətini müvafiq ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər: 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Təşkilat-Nəzarət Baş İdarəsi
Əlaqələndirici şəxs: Ramin Qurbanov
Əlaqə telefonu: 510 04 44, faks 430 11 77
Email: ramingurbanov@yahoo.comramingurbanov@justice.gov.az
AZ1073, Bakı şəhəri, İnşaatçılar prospekti 1.