Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Arbitraj təşkilatları

Bakı Arbitraj mərkəzi

"Bakı Arbitraj Mərkəzi" haqqında ətraflı məlumat:

“Bakı Arbitraj Mərkəzi” qeyri-kommersiya hüquqi şəxsi 19 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən daimi arbitraj təşkilatı kimi akkreditasiyadan keçirilmişdir.

Mərkəz 28 dekabr 2024-cü il tarixində 1124-QK14-0104 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Daimi arbitraj təşkilatı arbitraj icraatının idarə edilməsi və təşkilati təminatını həyata keçirir. Bu funksiyalara arbitrlərin təyin edilməsi, onlara etiraz edilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələlərin həlli, kargüzarlığın aparılması, habelə arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili daxildir. Mübahisənin mahiyyəti üzrə qərarların qəbul edilməsi isə arbitraj məhkəməsinin səlahiyyətinə aiddir.

Mərkəzin akkreditasiyadan keçməsi ölkədə arbitraj institutunun inkişafına və mübahisələrin alternativ həlli mexanizmlərinin təşviqinə töhfə verir.

Mərkəz, onun arbitrləri, arbitraj qaydaları və fəaliyyəti barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin müvafiq bölməsində təqdim olunur.

Mərkəz haqqında ətraflı məlumatla bu keçidə daxil olaraq tanış ola bilərsiniz.