Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları və hədləri

Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə - tələb müntəzəm icra edilirsə

hər ay üçün aylıq aliment və ya digər vaxtaşırı ödəmə məbləğinin 2 faizinədək – ildə bir dəfə

Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə - tələb qeyri-müntəzəm ödənilmiş və borc yaranmışdırsa

ödətdirilmiş borc məbləğinin 5 faizinədək

Pul tələbinə dair icra sənədləri üzrə

xüsusi icra məmuru tərəfindən ödənilməsi təmin edilmiş məbləğin 15 faizinədək

Əmlak tələbinə dair icra sənədləri üzrə

10.000 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair işlər üzrə

2.000 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - hüquqların tanınması, pay bölgüsü və hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə

400 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - tikilinin sökülməsi, bərpası, yolun açılması və maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə

4.000 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə

800 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə

800 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - müxtəlif predmetli barışıq sazişlərinin icrası üzrə

2.000 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - öhdəliyin icrası, öhdəlikdən azad olunma və borcun silinməsi tələblərinə dair işlər üzrə

4.000 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə

1000 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - hüquqi sənədlərin ləğvi, etibarsız hesab edilməsi tələblərinə dair işlər üzrə

400 manatadək

Pul tələbi olmayan icra sənədləri üzrə - çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Qaydaların 7.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə

2.000 manatadək

digər kateqoriya tələblərə dair işlər üzrə

2.000 manatadək
Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları və hədləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il 5 dekabr tarixli 378 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

1. Bu Sənəd “Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 25.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi icra məmurlarının əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini müəyyən edir.

2. Qanunun 25.1-ci maddəsinə müvafiq olaraq əlavə icra haqqı könüllüdür, tələbkarla və xüsusi icra məmurunun qarşılıqlı razılığına əsasən yalnız icranın tam və ya qismən təmin olunması halında ödənilir.

3. Qanunun 25.9-cu maddəsinə uyğun olaraq xüsusi icra məmurunun əlavə icra haqqının ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunur.

4. Pul tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı xüsusi icra məmuru tərəfindən ödənilməsi təmin edilmiş məbləğin 15 faizinədək müəyyən edilə bilər.

5. Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrə əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə bilər:

5.1. tələb müntəzəm icra edilirsə, hər ay üçün aylıq aliment və ya digər vaxtaşırı ödəmə məbləğinin 2 faizinədək – ildə bir dəfə;

5.2. tələb qeyri-müntəzəm ödənilmiş və borc yaranmışdırsa, ödətdirilmiş borc məbləğinin 5 faizinədək.

6. Əmlak tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı 10.000 manatadək müəyyən edilə bilər.

7. Pul tələbi olmayan icra sənədləri üzrə əlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə bilər:

7.1. müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair işlər üzrə – 2.000 manatadək;

7.2. hüquqların tanınması, pay bölgüsü və hüquqlara xitam verilməsi tələblərinə dair işlər üzrə – 400 manatadək;

7.3. tikilinin sökülməsi, bərpası, yolun açılması və maneələrin aradan qaldırılması tələblərinə dair işlər üzrə – 4.000 manatadək;

7.4. şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə – 800 manatadək;

7.5. müxtəlif predmetli barışıq sazişlərinin icrası (pul tələbi olmayan) – 2.000 manatadək;

7.6. öhdəliyin icrası, öhdəlikdən azad olunma və borcun silinməsi tələblərinə dair işlər üzrə – 4.000 manatadək;

7.7. işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi olmadan) tələbinə dair işlər üzrə – 1000 manatadək;

7.8. hüquqi sənədlərin ləğvi, etibarsız hesab edilməsi tələblərinə dair işlər üzrə – 400 manatadək;

7.9. çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə bu Sənədin 7.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə – 2.000 manatadək;

7.10. digər kateqoriya tələblərə dair işlər üzrə – 2.000 manatadək.