Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Xüsusi icra məmurunun standart haqq üzrə avansın məbləği

pul tələbinə dair icra sənədlərində

standart haqqın sabit hissəsinin 20 faizi məbləğində, lakin 5.000 manatdan çox olmayaraq

vaxtaşırı ödəmələrə dair icra sənədlərində

ilkin ödənilməli məbləğ üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi

icra sənədi icraya yönəldilərkən borc yaranmışdırsa

həmin borc məbləği üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi məbləğində

digər icra sənədlərində

standart haqqın sabit hissəsinin 50 faizi məbləğində
Xüsusi icra məmurunun standart haqq üzrə avansın məbləği

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il 5 dekabr tarixli 378 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

1.Bu Sənəd “Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi icra məmurlarının standart haqqı üzrə avansın məbləğini müəyyən edir.

2. “Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə uyğun olaraq icra icraatına başlamazdan əvvəl standart haqq tələbkar tərəfindən avanslaşdırılmalıdır.

3. Standart haqq üzrə avansın məbləği aşağıdakı qaydada hesablanır:

3.1. pul tələbinə dair icra sənədlərində standart haqqın sabit hissəsinin 20 faizi məbləğində, lakin 5.000 manatdan çox olmayaraq;

3.2. vaxtaşırı ödəmələrə dair icra sənədlərində ilkin ödənilməli məbləğ üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi, icra sənədi icraya yönəldilərkən borc yaranmışdırsa, həmin borc məbləği üzrə hesablanmış standart haqqın sabit hissəsinin 15 faizi məbləğində;

3.3. digər icra sənədlərində standart haqqın sabit hissəsinin 50 faizi məbləğində.