Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan nümayəndə heyəti Pakistanda süni intellektin ədalət mühakiməsində məsuliyyətli istifadəsinə dair beynəlxalq təlimdə iştirak edib

Pakistanın İslamabad şəhərində “Responsible Use of Artificial Intelligence (AI) in the Justice Sector” (“Süni intellektin ədalət mühakiməsi sektorunda məsuliyyətli istifadəsi”) adlı beynəlxalq təlim keçirilib.

2-6 noyabr tarixlərində keçirilən təlimdə Azərbaycanı Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının nümayəndələri və hakimlər təmsil ediblər.

Azərbaycanla yanaşı, təlimdə Çin, Banqladeş, Pakistan, Özbəkistan və Türkiyədən olan nümayəndələr də iştirak ediblər.

Pakistanın ekspert və mütəxəssislərinin iştirakı ilə keçirilən təlim çərçivəsində süni intellektdən istifadə zamanı insan hüquqlarına riayət olunması, məhkəmə qərarlarının hazırlanmasında süni intellektin tətbiqi, konfidensiallığın və məlumatların qorunması, elmi tədqiqatlarda süni intellektdən istifadə və digər aktual mövzularda mühazirələr, praktiki məşğələlər və simulyasiya sessiyaları keçirilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq proqram çərçivəsində təşkil olunan 3-cü təlimdir.

2026-11-11 15:57:21