Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir

Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir
Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir
Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir

Noyabrın 27-də ədliyyə naziri Fikrət Məmmədov Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşmüşdür.

Görüşdə dost və qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olması qeyd olunmuş, respublikamızın sürətli tərəqqisi, hərtərəfli - iqtisadi, siyasi və hüquqi sahədə yüksək nailiyyətləri məmnunluqla vurğulanmışdır.

Həmçinin, C.Çiçəkin hələ ədliyyə naziri olduğu vaxtlardan hüquqi sahədə mühüm sənədlərin imzalanması ilə əməkdaşlığın genişləndirilməsinə böyük təkan verildiyi bildirilmiş, qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi, hakimlərin şəffaf seçimi və tədrisi üzrə faydalı müzakirələr aparılmış, bu sahədə qardaş Türkiyənin dəstəyi təqdir edilmiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərəsi qeyd olunmuşdur.