Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il ötür.
Ümumxalq hüzn günündə ədliyyə işçiləri şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anaraq, Şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə tər çiçəklər düzüblər.