Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Naxçıvanda “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib.

 Açılışdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxış ediblər. 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə 26-29 iyun tarixlərini əhatə edəcək layihənin əsas məqsədi gənclərin beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində nəzəri və praktiki biliklərini artırmaqdır.

Layihə çərçivəsində simulyasiya mərhələsi, ekskursiya, mədəni tədbirlər və tədbir iştirakçılarına sertifikatların verilməsi mərasimi nəzərdə tutulub. 

Layihədə iştirakçılar real beynəlxalq hüquq münaqişələrini təhlil edərək, müxtəlif tərəflərin (dövlət, investor, ictimaiyyət) iddialarını və maraqlarını mübahisələndirəcəklər.

Simulyasiya əsasında təhlil ediləcək əsas mövzu işğal dövründə qızıl yatağında qeyri-qanuni hasilat aparmış xarici investorun, həmin hasilata lisenziya vermiş işğalçı dövlətə qarşı arbitraj iddiası və nəticə etibarilə, azad olunmuş ərazidə kommersiya və ekoloji pozuntuların mübahisələndirilməsidir.

 Layihədə ümumilikdə müxtəlif ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olan gənclər olmaqla, 40 şəxs iştirak edir. İştirakçılardan 12 nəfər Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan və ya yeni məzun olub, orada yaşayan gənclərdir. 

Ekspert qismində ekoloji hüquq, ətraf-mühit hüququ və kommersiya hüququ istiqamətində ixtisaslaşmış 3 ekspert - Azərbaycan Arbitraj Assosiyasının sədri Kəmalə Mehdiyeva, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində ixtisaslaşmış hüquqşünas Sadiqə Mehdiyeva və ADA Universitetinin assistent professoru Aynur Axundlı iştirak edəcək.

2025-06-27 12:38:00