Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı müraciət etmiş şəxslərin sənədlərinin qəbulu başa çatdırılaraq, namizədlərlə noyabr ayının 17-də test imtahanı keçirilmişdir.
Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində notarius vəzifələri üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi internet vasitəsilə “on-line” rejimində birbaşa yayımlanmışdır.
“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur.
Yekun nəticələrə görə imtahanda 24 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılmışdır. Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olmuş və bu barədə bildirişi yerindəcə əldə etmişlər.
Növbəti müsahibə mərhələsinin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.
Test imtahanında uğur qazanmış namizədlərin siyahısı:
- Ağayev Rövşən Canbaxış öğlu
- Əliyev Hikmət Əlikişi oğlu
- Əliyeva Aysel Arif qızı
- Əmraliyev Emin Ağaqardaş oğlu
- Gülməmmədova Nərmin Kamal qızı
- Haciyeva Məftunə Maarif qızı
- Haqverdiyev Rəşad Fərhad oğlu
- Həsənov Ramil Əliş oğlu
- Həşimova İlahə Tahir qızı
- İbrahimov Nizami Hafiz oğlu
- İsayev Rabi Yusubəli oğlu
- Kərimov Emin Mahir oğlu
- Qəmbərli Rahim Ağamali oğlu
- Quliyev Camal Yusifəli oğlu
- Quliyeva Fidan Nazim qızı
- Mehrəliyeva Ləman Həmzağa qızı
- Məmmədov Süleyman Nəriman oğlu
- Nemətov Məhəmməd Nəsir oğlu
- Novruzov Anar Tərlan oğlu
- Salehov Ayaz Mirməhəmməd oğlu
- Sarıyev Rauf Həsən oğlu
- Səfərli Səfər Həkimxan oğlu
- Səlim-zadə Rzabəy Elşən oğlu
- Səmədov Xətai Hacı oğlu