Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ölkəmizdə səfərdə olan Qırğızıstan nümayəndə heyəti ilə görüş keçirilib

Qırğızıstan Respublikasının məhkəmə-hüquq sisteminin rəqəmsallaşdırılmasının dəstəklənməsi istiqamətində Dünya Bankı tərəfindən həyata keçirilən “Məhkəmə-hüquq sisteminin funksional təhlili” layihəsi çərçivəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olan Qırğızıstan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində  görüş keçirilib.   

Qonaqları salamlayan Ədliyyə nazirinin müavini Eldar Nuriyev iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin və ədliyyə sahəsində sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. 

Daha sonra nümayəndə heyətinə ölkəmizdə , o cümlədən işğaldan azad edilmiş ərazilərdə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı tətbiq olunan ədliyyə sahəsində rəqəmsal transformasiya, elektron xidmətlər, elektron məhkəmə və elektron notariat haqqında təqdimatlar edilib.

Sonda nümayəndə heyətinin sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

2024-07-23 16:36:05