-
Kadrların Uçotunun Şəxsi Vərəqəsi;
-
Tərcümeyi-Hal;
- Ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- Əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
- Sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı (yaşadığı ərazi üzrə poliklinikadan keçirdiyi xəstəliklər barədə tibbi arayış, narkoloji və ruhi-əsəb dispanserlərindən qeydiyyatda olub-olmaması barədə sənəd təqdim etməklə);
- Hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd;
- Ailə tərkibi haqqında arayış;
- 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.