1979-cu il iyulun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini (2000-ci il bakalavr və 2002-ci il magistr pilləsi), Böyük Britaniyanın Esseks Universitetini “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını (2004-cü il ikinci magistr dərəcəsi) fərqlənmə diplomları ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffə...
Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakütəsini ikinci ali təhsil üzrə bitirmişdir. Cenevrə (Graduate Institute of International and Development Studies), Ankara (Türkiyə Ədliyyə Akademiyası), Paris (Ecole Nationale de la Magistrature) və Berlin (GTZ/GİZ) şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün nəzərdə tutulmuş ixtisasartırma və təlimçilər...
Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur. O, 1979-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunda elmi fəaliyyətlə məşğul olmuş və Moskva Hüquq Akademiyasında doktorluq dissertasiyası müdafiə etmişdir. Hüquq elmləri doktoru, professordur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır. Hüquqşünas fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü ...
Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir. ...
15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələ...
Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarən...