11.03.2020 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Kamran Əlizadənin Şəki Apellyasiya Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 11.03.2020-ci il tarixli iclasında baxılıb.

Vətəndaş cəmiyyətinin təmsilçisinin də dəvət olunduğu iclasda şikayətçinin müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərin iştirakı ilə müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 13 yanvar 2020-ci il tarixli qərarı ləğv edilərək, namizədlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez