Nazirliyin və maliyyələşdirilməsi Nazirlik tərəfindən həyata keçirilən məhkəmələrin (bundan sonra - müvafiq qurumlar) maliyyə təminatını həyata keçirir;
müvafiq qurumların maddi-texniki təminatını həyata keçirir;
müvafiq qurumların əsaslı tikinti və təmir ehtiyaclarını təmin edir;
müvafiq qurumların istifadəsində olan inzibati binaların, avadanlığın və digər maddi qiymətlilərin istismarını və mühafizəsini təşkil edir;
müvafiq qurumlarda mülki müdafiə və yanğın təhlükəsizliyi, nəqliyyat səfərbərliyi tədbirlərinin yerinə yetirilməsini təşkil edir;
Nazirliyin mərkəzi aparatında təsərrüfat xidmətinə dair işlərin həyata keçirilməsini təmin edir;
qanunvericilikdə üəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.