qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədi ilə normativ hüquqi aktların layihələrini hazırlayır;
qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların layihələrini hazırlayır;
normativ hüquqi aktların və normativ xarakterli aktların layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylər verir;
normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.