Təşkilat-nəzarət baş idarəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır: - Nazirliyin sisteminə daxil olan qurumların işinin təşkili məsələlərini həll edir; - Nazirliyin fəaliyyəti ilə bağlı analitik iş aparır; - Nazirliyin fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma işini həyata keçirir; - Nazirliyin sistemində daxili nəzarəti həyata keçirir; - müvafiq məhkəmələrlə iş aparır və Məhkəmə-Hüquq Şurası ilə işi əlaqələndirir; - qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Qanunvericiliyə əsasən məhkəmə qərarlarından qanunamüvafiq qaydada yalnız yuxarı instansiya məhkəmələrinə (apelyasiya və kassasiya instansiyası məhkəmələrinə) şikayət verilə bilər.
Xeyr, qanunvericiliyə əsasən belə səlahiyyət yalnız yuxarı instansiya məhkəmələrinə (apellyasiya məhkəmələri və Ali Məhkəmə) məxsusdur.
Xeyr, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 99-cu maddəsinə əsasən hakimlər məhkəmə icraatı dövründə işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. Məhkəmələrdə vətəndaşların qəbulu məhkəmə aparatı və sədr tərəfindən həyata keçirilir.
Qanunvericiliyə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Mediasiya mülki işlər və kommersiya, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyan institutdur. Bu zaman tərəflər arasında yaranmış mübahisə mediatorun (mediatorların) vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həlli olunur. Ölkəmizdə 29.03.2019-cu il tarixdə “Mediasiya haqqında” Qanun qəbul edilmiş və 2020-ci ilin fevral ayında Mediasiya Şurası təsis edilmişdir.
https://www.courts.gov.az saytına daxil olmaqla məhkəmələrin vahid portalından respublika ərazisində fəaliyyət göstərən məhkəmələr, onların ərazi yurisdiksiyası, ünvanları və əlaqə telefonları barədə, habelə digər məlumatları əldə etmək olar.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə” uyğun olaraq Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 86-cı maddəsinə əsasən Ədliyyə Nazirliyi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə hakimlərin peşə hazırlığının artırılması, birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların maliyyə və digər maddi-texniki təminatını həyata keçirir. Bundan başqa Nazirlik məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək və birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq səlahiyyətlərinə, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasına öz səlahiyyətləri çərçivəsində toplanmış məlumatları təqdim etmək hüququna malikdir.
Məhkəmələrdə süründürməçilik, məhkəmə qərarlarının təqdim olunmaması, onların icraya yönəldilməməsi və icra intizamının pozulması ilə bağlı digər hallarla qarşılaşdığınız zaman elektron formada (Nazirliyin rəsmi internet saytı vasitəsilə “http://justice.gov.az/home/contact” və ya birbaşa “contact@justice.gov.az” elektron poçtuna), habelə Ədliyyə Nazirliyinin (012) 539-76-75 "Qaynar xətt" əlaqə mərkəzinə şifahi və ya yazılı qaydada müraciət etmək olar.
· Qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən, digər normativ hüquqi aktlar isə, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. · Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Aşağıdakı hallarda da hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz: qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda; normativ tənzimləmə zərurəti olmadıqda; normativ tənzimləmə qanunla qadağan olunduqda; normativ tənzimləmə mövcud olduqda.
Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir
Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları və vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər.
Hüquqi aktlar aparılması Ədliyyə Nazirliyi tərəfindən təmin edilən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir və onlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
Mərkəzi icra hakimiyyəti orqanları və normativ xarakterli aktları (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) qəbul edən orqanlar (qurumlar) tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara (qurumlara) müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə beş gün müddətində ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.
Hüquqi aktları elektron formada normativ hüquqi aktların vahid internet elektron bazasından (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrindən (www.huquqiaktlar.gov.az) əldə etmək olar. Qeyd: Hazırki məlumatlar 28.10.2020-ci il tarixədək qüvvədə olan qanunvericilik əsasında tərtib olunmuşdur.
“Notariat haqqında” Qanunun 90-cı maddəsinə əsasən xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edirlər ki, həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olsun. Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində 5 mart 2004-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya" ya qoşulmuşdur. Konvensiya"nın 1-ci maddəsinə əsasən Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci və 3-cü maddələrinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir və həmin sənədlərə dövlətin səlahiyyətli orqanı tərəfindən apostilin əlavə edilməsi tələb olunur. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın üzvü olan dövlətlərdə verilmiş sənədlərə apostil əlavə olunmalı, digər dövlətlərdə verilmiş sənədlər isə leqallaşdırılmalıdır.
Notariat ofisinə müraciət edən şəxsin Elektron Hökumət Portalından (“E-GOV”) iş yerinə dair arayışın əldə edilərək surətinin təsdiqlənməsi haqqında yazılı ərizəsi daxil olduqda notarius həmin şəxsin elektron imzası vasitəsilə portaldan əldə etdiyi sənədin surətinin düzgünlüyünü təsdiq edir. Bu əməliyyata görə tutulan dövlət rüsumu və xidmət haqqının məbləği 3 manat təşkil edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu və 30-cu maddələrinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar isə əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Qanunların bu tələblərinə uyğun olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilərin rəsmiləşdirilməsi zamanı hər iki valideynin iştirakı zəruridir. Valideynlərdən biri öldüyü halda notariat hərəkətləri sağ qalmış valideynin iştirakı ilə aparılır.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 71-ci hissəsinə əsasən vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Bununla yanaşı əmlaka dair məlumatların vəsiyyətnamədə dürüst əks edilməsi üçün müvafiq çıxarışın notariusa təqdim olunması məqsədəuyğundur. Belə ki, vəsiyyət edilən əmlaka dair məlumatlarda səhv olduğu halda vəsiyyət edilən əmlakın müəyyən edilməsində çətinlik yarana bilər.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən mənzili öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzili vəsiyyət edə bilərlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180-cı maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 79-cu hissəsinə əsasən etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur. Əgər etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, etibarnaməyə xitam verilməsi barədə ərizəni qəbul edən notarius “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Yetkinlik yaşına çatmayanların ölkədən getməsinə valideynlərinin razılığı sonuncuların notariat qaydasında təsdiqlənmiş və bununla əlaqədar müvafiq səlahiyyəti konkret nəzərdə tutan (uşağa dair məlumatlar və ölkədən getməsinə razılığın verilməsi) etibarnamələri üzrə nümayəndələrinin müraciəti əsasında notarius tərəfindən təsdiqlənə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.4-cü maddəsinə əsasən etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 79-cu hissəsinə əsasən bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur.
Qanunvericilikdə etibarnamənin müddəti onun subyektinin vətəndaşlıq mənsubiyyətindən deyil, bu əqd üzrə verilən səlahiyyətlərdən asılı olaraq fərqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363-cü maddəsinə əsasən etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 77-ci hissəsinə əsasən nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələrin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz.
Vətəndaşlıq vəziyyətli aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi"), habelə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.
Adın, soyadın və atat adının dəyişdirilməsinin dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: www.justice.gov.az > Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Adın, soyadın və ata adının dəyişdirilməsinin qeydə alınması.
Adın, ata adının və soyadın dəyişdirilməsi üçün qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır? - ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; - ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; - ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə; - ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr; - şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; - ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; - ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli; - soyadın, adın, ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Doğumun qeydə alınması üçün bu barədə məlumat verən şəxs tərəfindən seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə uşağın doğulduğu gündən 1 ay ərzində, uşaq ölü doğulduqda isə 3 gün müddətində müraciət edilməlidir. Üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə valideynlərə xəbərdarlıq edilir və ya onlar 10 (on) manat məbləğində cərimə olunurlar.
Doğumun qeydə alınması ilə bağlı aşağıdakı sənədlər təqdim edilməlidir: - valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi). Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən təqdim etmək mümkün olmadıqda doğumun qeydiyyatı valideynlərdən digərinin sənədləri əsasında aparıla bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmalıdır; - valideynlərin nikahı haqqında şəhadətnamə; - valideynlərin doğumu haqqında şəhadətnamələr; - doğum haqqında tibb müəssisəsindən verilmiş tibbi şəhadətnamə (tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının müəyyən edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi); - uşaq ölü doğulduqda – onun ölü doğulması barədə həkimin verdiyi sənəd; - uşaq doğulduğu tibb müəssisəsində öldükdə –tibb müəssisəsindən verilmiş doğum və ölüm haqqında sənədlər; - atılmış və ya tapılmış uşaqların doğumunun qeydə alınması barədə yerli icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın müraciəti və ona əlavə olunmuş zəruri sənədlər. Doğumun dövlət qeydiyyatı üçün uşağın doğulduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra müraciət edildikdə uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən arayış da təqdim olunmalıdır.
Ata və ana öz aralarında nikahda olduqda onlar doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, ananın əri (keçmiş əri) uşağın atası hesab olunur. Ata və ana öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın anasının ərizəsi və ya atalığın müəyyən edilməsi haqqında akt qeydi əsasında aparılır. Uşaq nikahı olmayan anadan doğulduqda və atalıq müəyyən edilmədikdə doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Bu halda uşağa ananın soyadı verilir. Uşağın atasının və babasının adı, habelə atasının milliyyəti ananın göstərişi üzrə yazılır.
Doğum haqqında şəhadətnamədə valideynlər barədə qeydə dair mübahisə yalnız məhkəmə yolu ilə uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, yaxud uşağın qəyyumunun, habelə uşaq 18 yaşına çatdıqdan sonra onun özünün, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında aktın qeydində və şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar, öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmi. Valideynlərin arzusu ilə doğumun təntənəli şəraitdə qeydiyyatı mərasimi onların vəsaiti hesabına aparılır.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Yaxın qohumlar (valideynlərlə uşaqlar, baba-nənə ilə və nəvələr, doğma və ümumi ata və anası olan ögey qardaş və bacılar), habelə övladlığa götürənlərlə övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir. Başqası ilə nikahda olan, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən, ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər də nikah bağlaya bilməzlər.
Nikaha daxil olmağı arzu edən şəxslər istənilən qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bu barədə şəxsən ərizə verirlər. Nikah ərizə verilən gündən bir ay sonra həmin şəxslərin iştirakı ilə bağlanır. Nikaha daxil olmağı arzu edən şəxslər təyin olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Nikahın qeydə alınması üçün yenidən 1 aylıq müddət müəyyən edilir.
Nikahın dövlət qeydiyyatına alınması üçün qeydiyyat şöbəsinə gəlmədən elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: www.justice.gov.az > Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Nikahın qeydə alınması. Elektron ərizəyə nikaha daxil olanların tibbi müayinədən keçdiklərini təsdiq edən arayışlar barədə məlumatlar göstərilməlidir. Nikah qeydə alınarkən hər iki tərəfin şəxsən iştirakı vacibdir. Nikahın etibarnamə əsasında qeydə alınmasına yol verilmir.
Üzrlü səbəblər (təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar) olduqda nikahın bağlanma müddəti qeydiyyat şöbəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Nikaha daxil olmaq istəyən şəxslərin ümumi uşaqları olduqda, onların hər ikisinin yaşı 50-dən yuxarı olduqda, habelə qadın hamilə olduqda nikahın qeydiyyatı ərizə verilən gün aparıla bilər.
- müraciət edənlərin şəxsiyyətini təsdiq edən sənədlər (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi); - nikaha daxil olan şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışlar; - əvvəllər nikahda olmuş şəxslər tərəfindən – nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surəti), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış; - əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən – şəxsiyyətini təsdiq edən sənədlərində ailə vəziyyəti barədə qeyd olmadıqda onların vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış. Həmin arayış verildiyi ölkənin səlahiyyətli orqanı tərəfindən leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.
Nikahın təntənəli şəraitdə qeydiyyatı mərasimləri vətəndaşların vəsaiti hesabına aparılır.
Nikahın qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilir.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi nikahın dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana bilər. Nikahın dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Övladlığa götürmə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır. Övladlığa götürmənin qeydə alınması üçün qeydiyyat şöbəsinə övladlığa götürənlər və ya onlardan biri, yaxud notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onları təmsil edən şəxslər müraciət etməlidirlər.
Övladlığa götürmənin dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: www.justice.gov.az > Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Övladlığa götürmənin qeydə alınması.
Övladlığa götürmə qeydə alınarkən uşağın soyadı, adı, ata adı, doğum tarixi, doğulduğu yer, valideynlərin soyadı, adı, ata adı və milliyyəti haqqında məlumatlar övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə uyğun yazılır.
Övladlığa götürmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Nikahın pozulması həm ərlə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə qeydə alır. Məhkəmə qətnaməsi əsasında nikahın pozulması bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır. Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikahın pozulması barədə məhkəmədə iddia qaldıra bilməz.
Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın razılığı ilə birgə ərizə əsasında nikahın pozulması onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə qeydiyyat şöbəsində qeydə alına bilər. Ər-arvadın razılığı əsasında nikahın pozulması ərizə verilən gündən bir ay keçdikdən sonra ər-arvadın hər ikisinin iştirakı ilə qeydə alınır. Ər-arvad təyin olunmuş vaxtda nikahın pozulması üçün gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə onların ərizəsi ləğv edilir. Ər-arvadın gəlməməyinin səbəbi üzrsüz hesab edildikdə, lakin nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında qeydiyyat şöbəsinə yeni ərizə verə bilərlər. Qeydiyyat şöbəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir.
Yetkinlik yaşına çatmamış ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması onun yaşadığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır: – ər (arvad) məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edildikdə – digər ərin (arvadın) ərizəsi əsasında; – ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə – digər ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş ərin (arvadın) qəyyumunun ərizəsi əsasında. Göstərilən hallarda nikahın pozulması ərizə verilən gün qeydə alınır.
Nikahın pozulmasının dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: www.justice.gov.az > Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Nikahın pozulmasının qeydə alınması.
Nikahın pozulmasına görə dövlət rüsum aşağıdakı hallardan asılı olaraq fərqlənir: · Ər-arvadın qarşılıqlı razılığı əsasında – 20 manat; · Məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 20 manat; · şəxs xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə – 2 manat.
Nikahın pozulması haqqında xarici məhkəmələrin (MDB-nin üzvü olan ölkələrin məhkəmələrindən başqa) qətnamələri Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanındıqdan sonra icra edilir.
Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə atanın ərizəsi, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə qeydə alınır. Atalığın müəyyən edilməsinin qeydə alınması üçün notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında şəxsi təmsil edən nümayəndə də müraciət edə bilər. 18 yaşına çatmış şəxslər barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların özünün razılığı ilə yol verilir.
- Müraciət edən valideynin şəxsiyyətini təsdiq edən sənəd (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi); - Uşağın doğumu əvvəllər qeydə alınmışdırsa, doğum haqqında şəhadətnamənin əsli; - Atalıq məhkəmə qətnaməsi əsasında müəyyən edildikdə məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş qətnaməsi.
Atalığın müəyyən edilməsinin dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: www.justice.gov.az > Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Atalığın müəyyən edilməsinin qeydə alınması.
Atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.
Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır.
Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir.
Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
Ölüm faktını təsdiq edən tibb müəssisəsindən verilmiş tibbi şəhadətnamə, tibbi sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
Ölümün qeydə alınması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: - Ölüm faktını təsdiq edən tibb müəssisəsindən verilmiş tibbi şəhadətnamə; - Ölüm məhkəmə qətnaməsi əsasında qeydə alındıqda ölüm faktının müəyyən edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi; - Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənəd; - Hərbi vəzifəli şəxs və ya çağırışçı öldükdə əlavə olaraq hərbi bilet və ya hərbi xidmətlə bağlı olan digər sənədlər.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi üçün 3 manat məbləğində dövlət rüsumu ödənilir.
MDB-nin üzvü olan ölkələrdən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamələrin alınmasına görə dövlət rüsumu tutulmur.
Qurumun səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş ərizə ilə müraciət edilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir: • sənədlərin itirilməsi barədə mətbuatda dərc edilmiş elan; • dövlət rüsumunun ödənilməsi barədə sənəd (yalnız dövlət qeydiyyatı haqqında şəhadətnamə üçün); • sənədin tapılmaması barədə müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayış.
Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün hər səhifəyə görə 1 manat dövlət rüsumu ödənilir.
Ərizə ilə müraciət edilir və ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir. İanə edilən pul vəsaitləri 200 (iki yüz) manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.
Ərizə (forması “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 2 nömrəli Əlavəsi ilə müəyyən edilmişdir) ilə müraciət olunur , ərizəyə aşağıdakı sənədlər əlavə edilir: • müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi; • müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi; • donor olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti • ərizə, habelə müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda). • sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.
Ərizə (forması “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmişdir) ilə müraciət olunur, ərizəyə aşağıdakı sənədlər əlavə edilir: · müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi; · müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi; · resipiyent olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti · ərizə, habelə müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda). · sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir
Qüvvədə olan qanunvericilikdə fiziki şəxslərin qəbul etdiyi ianə barədə məlumatların reyestrə daxil edilməsi nəzərdə tutulmamışdır
Sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə keçirdikləri bütün növ yoxlamalar Reyestrdə qeydiyyata alınmalıdır.
Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların Reyestrdə qeydiyyatı aparılmır.
Sahibkarın müraciətinə əsasən yoxlayıcı orqan tərəfindən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məsələsinin Reyestrdə qeydiyyatı aparılmır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanıldığından həmin məlumat reyestrdə bu tələb nəzərə alınmaqla yerləşdirilir.
Planlı (yoxlama planında mövcud olan) yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl Ədliyyə Nazirliyinə göndərilir.
Plandankənar (yoxlama planında mövcud olmayan) yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl, yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal Ədliyyə Nazirliyinə təqdim edilir.
Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində, plandankənar yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal qeydiyyata alınır.
Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.1-ci maddəsinə əsasən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi sahibkarların aid olduğu risk qruplarına uyğun aşağıdakı kimi müəyyən edilmişdir: 1. yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; 2. orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq; 3. aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində yoxlamalar: 1. yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq; 2. orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; 3. aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq aparılır.
Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın Reyestrdə qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.
Bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Borcludan icra sənədinin icrasını tələb etmək, onu tələbin icrasına məcbur etmək, habelə həmin tələbi borclunun iradəsindən asılı olmayaraq icra etdirmək səlahiyyətləri olan məcburi icra orqanının vəzifəli şəxsidir.
İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı “İcra haqqında” Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da “İcra haqqında” Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir (İHQ 65-ci maddə).
Məhkəmə, digər orqan və ya vəzifəli şəxs tərəfindən verilən, müəyyən etdiyi tələb hökmən icra edilməli olan hüquqi qüvvəli aktdır.
Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri; məhkəmə əmrləri; alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; notariusun icra qeydləri; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri məcburi qaydada icra olunur (İHQ 6-cı maddə)
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (İHQ 3-cü maddə).
İcra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmçinin, ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir (İHQ 8-ci maddə).
İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır (İHQ 16-cı maddə).
İcra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (İHQ 27-ci maddə).
Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; “İcra haqqında” Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir (İHQ 43-cü maddə).
İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (İHQ 50-ci maddə).
İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı “İcra haqqında” Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da “İcra haqqında” Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir (İHQ 65-ci maddə).
İcradan yayınan borclunun barəsində inzibati və cinayət məsuliyyəti, həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun məcburi gətirilməsi və axtarışa verilməsi kimi məhdudiyyət tədbirləri görülə bilər (İHQ 27, 82-84-1-ci maddələr).
İcra məmuru tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa o, icraatda iştirak edə bilməz. Belə olan halda icra məmuru özü-özünə etiraz etməyə borcludur, həmçinin icraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna etiraz edə bilərlər (İHQ 42-ci maddə).
Aliment borcu alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir (Ailə Məcəlləsinin 106-cı maddəsi).
Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İcra olunma müddəti qanunvericilikdə və ya icra sənədində nəzərdə tutulmamış icra sənədləri üzrə isə “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir (İHQ 12-ci maddə).
İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. İcra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır (İHQ 78-ci maddə).
Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbi ilə bağlı məhkəməyə ərizə verməklə (MPM 231-ci maddə).
“İcra haqqında” Qanunda icra sənədi üzrə icraatın dayandırılması əsaslarında icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarından əlavə kassasiya qaydasında şikayətin verilməsi nəzərdə tutulmamışdır. İcra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktlarından konstitusiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Konstitusiya Məhkəməsinin Palatasında daxil olmuş şikayətin yoxlanılması icraatın dayandırılmasına əsas deyil. Belə ki, Konstitusiya Məhkəməsinin Palatasında şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur (İHQ 17-ci maddə, Konstitusiya Məhkəməsi haqqında Qanunun 7-ci maddəsi).
Borclunun razılığı olduğu hallarda da tələbin onun gəlirinin 100%-nə yönəldilməsinə yol verilmir (İHQ 65-ci maddə).
İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir (İHQ 31-ci maddə).
Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (Mülki Məcəllənin 1306-cı maddəsi). İcra sənədində göstərilmiş tələb qəbul edilmiş miras əmlakın dəyərindən çox olduqda qalıq borc miras qoyanın vərəsələrindən tələb edilə bilməz.
Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin (ərazi kollektivinin) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Yerli özünüidarəetmə orqanları onları yerli idarəetmə orqanlarından fərqləndirən bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir: Yerli özünüidarəetmə orqanları inzibati ərazi vahidinin əhalisi tərəfindən ümumi, bərabər, birbaşa seçki hüququ əsasında formalaşdırılır. Yerli idarəetmə orqanları isə mərkəzi dövlət orqanları tərəfindən təyin olunur və onların səlahiyyətləri tabe olduqları orqan tərəfindən müəyyən olunur;Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər. Lakin yerli özünüidarəetmə orqanlarının müstəqilliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsindədir, onların qəbul etdikləri aktlar hüquqa, haqq-ədalətə əsaslanmalı, Konstitusiyaya, Qanunlara, Prezident Fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir.
Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1607-yə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə, beşinci dəfə 2019-cu ildə keçirilmişdir.
Bələdiyyə üzvü bələdiyyənin fəaliyyəti ilə bağlı aşağıdakı hüquqlara malikdir: bələdiyyənin daimi və digər komissiyalarına üzvü seçmək və seçilmək; bələdiyyənin və onun orqanlarının iclaslarında müzakirə üçün məsələlər təklif etmək, müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrdə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək; bələdiyyənin iclaslarında müzakirə üçün qərar layihələrini hazırlamaq; bələdiyyənin daimi və başqa komissiyalarının iclaslarına təqdim edilmiş məsələlərin müzakirəsində iştirak etmək və təkliflər vermək; bələdiyyənin fəaliyyəti ilə əlaqədar zəruri məlumat almaq; sorğu vermək; qanunvericiliyə müvafiq surətdə yerli radio və televiziyadan, mətbu nəşrlərdən istifadə etmək.
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.
Bələdiyyə büdcəsi aşağıdakı mənbələrdən formalaşır: - fiziki şəxslərdən torpaq vergisi; - fiziki şəxslərdən əmlak vergisi; - yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi; - bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi; - küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş; - kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər; - Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər; - fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları; - dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.
Bələdiyyələr təsərrüfat orqanı olmadığından onlar birbaşa özləri sahibkarlıqla məşğul ola bilməzlər. Lakin qanunvericilik bələdiyyələrə öz hüquqi şəxslərini (müəssisələrini) yaratmaq hüququ verir. Bələdiyyələr qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri istisna olmaqla sahibkarlığın bütün formaları ilə (istehsal, xidmət və s.) məşğul olan hüquqi şəxslərini (müəssisələrini) yarada bilirlər.
Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.
Bələdiyyə öz torpaqları üzərində sərəncam verə bilmək üçün ilk növbədə onun həmin torpaq sahələrinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə tərəfindən bələdiyyə ərazisində daimi yaşayan və ən azı beş il müddətində qeydiyyatda olan şəxslərə həyatyanı torpaq sahəsi müvafiq dövlət orqanlarının (yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının) rəyləri alındıqdan sonra birbaşa bələdiyyə iclasının qərarı ilə satılır. Bələdiyyə qərarında torpaq sahəsinin satış qiyməti və alıcı tərəfindən torpaq sahəsinin digərinin ödənilməsi müddəti (60 gündən cox olmamaqla) göstərilir. Həmin müddətdə torpağın dəyəri alıcı şəxs tərəfindən ödənildikdə bələdiyyə ilə alıcı arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılır. Bu qaydada həyatyanı torpaq sahəsi almış şəxs onu beş il müddətində özgəninkiləşdirə bilməz. Digər şəxslər həyatyanı torpaq sahəsini hərrac və ya müsabiqədə iştirak etməkdə qalib gəldikləri təqdirdə ala bilərlər.
Seçkilər günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər.
1. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular; 2. Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir. Bu obyektlərə görə ödənilən vergi əmlak vergisidir. Fiziki şəxslərin əmlak vergisi nağdsız qaydada bələdiyyə büdcəsinə ödənilir. Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin hər kvadratmetrinə görə (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsi), vergi dərəcələri üzrə və Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallarla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) hesablanır. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, yaşayış sahələrinin hər birindən vergiyə cəlb olunmayan 30 kv.metr çıxılır. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır. Fiziki şəxslərin əmlak vergisinin dərəcələri: Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3 Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna 0,2 Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi: Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir. 1.Ünvan – Bakı ş. İnşaatçılar prospekti (zona 3, əmsal 1,3) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN; (60 -30) х 0,40 х1,3 = 15,6 manat 2.Ünvan - Quba r., Dəlləkli k. 1 kv.metr üçün vergi – 0.1 AZN (60 -30) х 0,1 =3 manat Qeyri-yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi Obyektin ümumi sahəsi 70 kv.metr, ünvan – Bakı ş. İstiqlaliyyət küçəsi (zona 1, əmsal 1,5) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN; 70 х 0,40 х1,5 =42 manat Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. - su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; - hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; - mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Fiziki şəxslər özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyədə uçota durmalıdırlar. Vətəndaşların öhdəliyi olan torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir. Torpaq sahibi əvvəlki illərə görə vergini ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərin torpaq vergisi bələdiyyə büdcəsinə ödənilməlidir.
Kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, başqa torpaqlar üzrə torpaq vergisi torpaq sahəsinin hər 100 kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla hesablanılır: Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün 10000 m²- dək olduqda 10000 m²-dən yuxarı olan hissə üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 10 20 0,6 1,2 Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16 0,5 1,0 Digər şəhərlər və rayon mərkəzləri 4 8 0,3 0,6 Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4 0,1 0,2 Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kv metrinə görə 2 manat müəyyən edilir. Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır. Yaşayış fondu üzrə vergilərin hesablanması nümunəsi: Ünvan: Bakı şəhəri, Mərdəkan qəsəbəsi 10500 kv.metr bağ sahəsi 10000 x 0,6/100=60 manat; torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 10500 - 10000) x 1,2/100)= 6 manat; cəmi: 60 + 6= 66 manat Ticarət-məişət xidmətlərinin göstərilməsi üzrə vergilərin hesablanması nümunəsi Ünvan: Goranboy rayonu Dəliməmmədli şəhəri 200 kv.metr torpaq sahəsi 200 kv.metr x 2 manat/100 kv.metr=4 manat
Torpaq və əmlak vergisinin ödənilməsi ilə bağlı binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı şəxslərə əmlak və torpaq vergisinin ödənilməsində güzəştlər tətbiq edilir: Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə. Bu şəxslərə əmlak vergisininin məbləği 30 manat, mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.
Cəzaların İcrası Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 510.3-cü maddəsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.
Cəzaların İcrası Məcəlləsinin 26-cı maddəsinə əsasən, məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun (probasiya üzrə) təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
Cinayət Məcəlləsinin 46.3-cı maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlə
Cəzaların İcrası Məcəlləsinin 39-cu maddəsinə əsasən, üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar, ayda iki dəfədən çox cəzanın icrası yerlərində əmək intizamını pozanlar, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər, cəzanı çəkməmək məqsədilə gizlənənlər - ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar hesab olunurlar.
Cəzaların İcrası Məcəlləsinin 45-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir. Məhkumun üzrlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil edilir. Kənd təsərrüfatı müəssisələrində məhkumların işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda, obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi müddətinə hesablanır. İslah işləri növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın icrası müddətinə hesablanmır.
Cəzaların İcrası Məcəlləsinin 46-cı maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır. Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur. Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır. Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir. Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv olunduqda və ya dəyişdirildikdə, məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır
Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun (probasiya üzrə) iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz.
Cəzaların İcrası Məcəlləsinin 51.4-cü maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda icra məmuru (probasiya məmuru) Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir.
Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır.
Cəzaların İcrası Məcəlləsinin 51-3.3-cü maddəsinə əsasən, icra məmuru (probasiya üzrə) tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin müəyyən vaxtlarda yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) müvəqqəti tərk etməsinə aşağıdakı müstəsna hallarda verilir: - icazə yaxın qohumların ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi (yeddi gün müddətinə qədər); - təbii fəlakət və digər fövqəladə hadisə ilə bağlı şəxsin yaşayış yerində müəyyən müddət qalmasının mümkün olmaması; - yaxın qohumların nikaha daxil olması (iki gün müddətinə qədər); - şəxsə tibbi yardım göstərilməsi zərurətinin yaranması (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda); - istirahət və bayram günlərində, həvəsləndirmə tədbiri qismində
Cəzaların İcrası Məcəlləsinin 51-3.6-cı maddəsinə əsasən məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə onun ərizəsi və icra məmurunun (probasiya üzrə) təqdimatı əsasında məhkəmə qərarı ilə aşağıdakı müstəsna hallarda verilə bilər: - məhkumun ailə vəziyyəti dəyişdikdə; - məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə; - şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda).
Cəzaların İcrası Məcəlləsinin 51-7.6.2-ci maddəsinə əsasən, aşağıdakı hallarazadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir: - məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi; -məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi; - məhkumun yaşayış yerini icazə olmadan 10 gündən artıq müddətdə tərk etməsi.
Azərbayccan Respublikasının Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən, məhkum elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
Cəzaların İcrası Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun (probasiya üzrə) çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablan
Cəzaların İcrası Məcəlləsinin 182.4-cü maddəsinə əsasən, məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir. Həmin məcəllənin 182.5-ci maddəsinə görə, on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin cəzanın digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 178.4-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun (probasiya üzrə) çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən şəxslər probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
Cinayət Məcəlləsinin 79.2-ci və Cəzaların İcrası Məcəlləsinin 173.3-cü maddələrinə əsasən, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurunun (probasiya üzrə) xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
Müqavilə olduğu təqdirdə və rəsmi orqanlar vasitəsilə təqdim edildikdə sənədlərin apostil olunması və ya leqallaşdırılması tələb olunmur. Digər hallarda sənədlər apostil olunmalı və ya leqallaşdırılmalıdır.
Xarici məhkəmə qərarlarının tanınması üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunur. Ədliyyə Nazirliyi sənədlərin qanunvericilik və mövcud beynəlxalq sənədlərə uyğunluğunu yoxladıqdan sonra baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərir.
Yerli məhkəmələrin qərarlarının xaricdə icrası üçün ilk növbədə həmin qərarlar xarici dövlətin məhkəməsi tərəfindən tanınmalıdır. Bununla əlaqədar sənədlərin müvafiq qaydada tərtib olunması və Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün qərarı çıxaran məhkəməyə müraciət oluna bilər.
Xarici dövlətlərdən vətəndaşlıq vəziyyəti aktlarının istənilməsi səlahiyyətli orqanın tapşırığı əsasında həyata keçirilir. Müvafiq tapşırığın tərtib edilməsi və Ədliyyə Nazirliyinə təqdim olunması üçün aidiyyəti üzrə qeydiyyat şöbəsinə müraciət edilməlidir.
Cavabdehin xarici dövlətdə yerinin müəyyən edilməsi aidiyyəti icra və probasiya şöbəsinin sorğusu əsasında mümkündür.
Həmin hərəkətlər alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin icrasına dair icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət məsuliyyətinə cəlb edilə bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən (Zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə) məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı CM-nin 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 306.2.-cı maddəsinə əsasən eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.
Bu əmələ görə Azərbaycan Respublikası CM-nin 317-1.1. (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əmələ görə Azərbaycan Respublikası CM-nin 317-2-ci maddəsilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların S İ Y A H I S I 1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr. 2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər. 3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları. 4. Güclü təsir edən dərman vasitələri. 5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr. 6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular). 7. Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular. 8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları. Qeyd. Bu Siyahıda nəzərdə tutulmuş odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və dövriyyəsi qanunsuz sayılan digər əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulmuşdur. Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı 1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr. 2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər. 3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları. 4. Güclü təsir edən dərman vasitələri. 5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr. 6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular). 7. Optik cihazlar, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular. 8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları. Qeyd: Bu siyahıda nəzərdə tutulmuş odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, zəhərli (İnsan həyatı üçün təhlükəli olan) maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və dövriyyəsi qanunsuz sayılan digər əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulmuşdur. Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaların S İ Y A H I S I 1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli maddələr. 2. Kəsici və deşici alətlər. 3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları. 4. Güclü təsir edən dərman vasitələri. 5. Spirtli içkilərin bütün növləri, spirt qarışığı olan maddələr. 6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular). 7. Radioqəbuledicilərin və ötürücülərin bütün növləri, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular. 8. Müharibəni, zorakılığı, ekstremizmi, terrorçuluğu və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları. Bu Siyahıda göstərilən qadağan olunmuş əşyaların tutulmuş və ya həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Bu əmələ görə Azərbaycan Respublikası CM-nin 196-cı maddəsilə (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. -Eyni əməllər külli miqdarda ziyan vurduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-nin 73-2.2 ci maddəsinə əsasən bu Məcəllənin 196-cı maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Azərbaycan Respublikası CM-nin 196.1-cı maddəsi ilə kreditor borcların ödəməkdən qəsdən yayınmağa görə cinayət məsuliyyəti yaradan məbləğ xeyli miqdarda ziyan vurduqda-əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 196.2-ci maddəsi ilə külli miqdarda ziyan vurduqda iki yüz min manatdan artıq olan mәblәğ nəzərdə tutulur.
Azərbaycan Respublikası CM-nin 305-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması— bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-nin 303-cü maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlak barəsində qanunsuz hərəkətlər dedikdə həmin əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi başa düşülür. Bu əmələ görə habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 303.2. maddəsinə əsasən məhkəmənin hökmünə (qərarına) əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icra olunmasından başqa cür yayınma iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya min manatdan iki min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-nin 289-cu maddəsinə əsasən Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 289.2.-ci maddəsinə əsasən eyni əməllər hakim barəsində törədildikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
- İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
- İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməz.
- Xarici ölkədə ali təhsil almış şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş ali təhsil sahəsində ixtisasının tanınması haqqında şəhadətnaməni aldıqdan sonra ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müraciət edə bilər.
- Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər. Qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında qulluğa yararlı hesab edilərlərsə qulluğa qəbul oluna bilərlər.
- Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibə keçirilir. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. İxtisas imtahanı test yolu ilə keçirilir. İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən keçmiş namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər.
- "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna əsasən Nazirliyin Penitensiar xidmətində qulluğa yaşı 20-dən aşağı və bir qayda olaraq 30-dan yuxarı olmayan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. Digər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yaş məhdudiyyəti müəyyən edilməmişdir. Bununla belə qulluğa qəbul zamanı "Dövlət qulluğu haqqında" Qanunun 16 yaşına çatmış vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququ vardır tələbi, mülki vəzifələrə işə qəbul zamanı isə Əmək Məcəlləsinin yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilməməsi tələbi nəzərə alınır.
- Ədliyyə orqanlarında qulluğa qəbul üzrə müsabiqə barədə kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet səhifəsində elan verilir.
- "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilər.
- Müsabiqədə iştirak üçün namizəd nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edə bilər. Müsabiqənin ixtisas imtahanından müvəffəqiyyətlə keçənlər digər kadr sənədlərini təqdim edirlər.
- Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir, həmçinin onlara imtahanlarda istifadə olunan suallara dair xülasə və “Yaddaş kitabçası” verilir.
- İmtahan suallarının hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısı Ədliyyə Nazirliyinin internet səhifəsində (www.justice.gov.az) "Qulluğa qəbul" bölməsində, namizədlərin elektron kabinetlərində və onlara təqdim edilən “Yaddaş kitabçası”nda yerləşdirilmişdir. Həmçinin bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.
- İmtahan 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.
- İmtahanda 100, o cümlədən hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətini əhatə edən qanunvericiliyə dair 80, namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sual olur.
- Hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətini əhatə edən qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal). Namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal). İxtisas imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər söhbətə buraxılırlar.
- İmtahan kompüter vasitəsilə keçirildikdə nəticələrə dair məlumat imtahan bitdikdən sonra namizədlərə dərhal yerindəcə təqdim olunur. Bununla yanaşı imtahanın nəticələri Ədliyyə Nazirliyinin internet səhifəsində, həmçinin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirildikdə həmin Mərkəzin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilir.
- Ali hüquq təhsili tələb olunmayan vəzifələrə şəxslər “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müsahibə əsasında qəbul edilirlər.
- “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na müvafiq olaraq aşağıda göstərilən şəxslər qulluğa müsahibə əsasında qəbul olunur: - prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər; - digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər; - hüquq sahəsində elmi dərəcəsi olan şəxslərlə, əvvəllər hakim işləmiş şəxslər; - hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər; - ali hüquq təhsili tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün namizədlər; - sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul olunmaq üçün namizədlər; - xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə namizədlər; - ədliyyə sistemində inzibati vəzifə tutmaqla dövlət qulluğunun ixtisas dərəcəsinə malik olan işçilər xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə keçdikdə; - Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər; - əvvəllər azı 5 il ədliyyə orqanlarında qulluq etmiş və fəaliyyətində müsbət xarakterizə olunmuş şəxslər.
- Söhbətin və ya müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə fərdi qaydada Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən əvvəlcədən məlumat verilir.
- Ərizə - kadrların uçotunun şəxsi vərəqəsi, - tərcümeyi-hal, - ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), - şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, - əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), - sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı (yaşadığı ərazi üzrə poliklinikadan keçirdiyi xəstəliklər barədə tibbi arayış, narkoloji və ruhi-əsəb dispanserlərindən qeydiyyatda olub-olmaması barədə sənəd təqdim etməklə), - hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd, - ailə tərkibi haqqında arayış, - 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
- İştirak edə bilər.
- İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslər üçün bir qayda olaraq, altı aylıq stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun üç aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilir.
- Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
- Həmin münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.
- Könüllünün gün ərzində fəaliyyətə cəlb olunma müddəti tərəflər arasında bağlanan müqavilə əsasında müəyyən edilir.
- Bu sahədə fəaliyyətin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün gənclərə bilavasitə Nazirliyə müraciət etmək imkanı yaradılır. Hüquqşünaslıq və informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət edilir.
- Müraciətləri hr@justice.gov.az elektron ünvanı vasitəsilə və ya Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etmək mümkündür.
- Könüllülük ictimai faydalı və gəlirsiz fəaliyyət olduğundan bu zaman könüllüyə əmək haqqı ödənilmir.
- cəlb olunduğu sahənin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında işçilərə köməklik göstərir, - sənədlərin qəbulu və göndərilməsi, habelə sənədlərin qeydə alınması, rəsmiləşdirilməsi, işlərin formalaşdırılmasında kargüzarlara köməklik göstərir, - icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və təşkilatın dəftərxanasında saxlanılmasını təmin etməkdə kargüzarlara köməklik göstərir. Görüləcək işlərin (göstərilən xidmətlərin) dairəsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə əlavə və dəyişiklik edilə bilər.
Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Юmürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs cəzanın on il müddətini çəkdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə əfvetmə barədə müraciət едя биляр. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: -böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; - ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; - xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə Ъинайят Məcəlləсиндя nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. - Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. - Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. - Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə Ъинайят Məcəllясиnin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün щямин Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.
Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların videoqəbulunun təşkili” Qaydasının 2.1 –ci maddəsinə əsasən vətəndaşlar ədliyyə naziri, onun müavinləri, nazirliyin baş idarə və idarə rəislərinin videoqəbulunda olmaq üçün Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş qəbul qrafikinə uyğun olaraq qeydiyyatda olduqları və ya yaşadıqları rayon və ya şəhərin yurisdiksiyasına aid olduğu regional ədliyyə idarələrinə, Bakı şəhəri üzrə isə Nazirliyin Katibliyinin Vətəndaşların qəbulu şöbəsinə şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında şəxsən müraciət etməklə və ya Nazirliyin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi vasitəsilə videoqəbula ən geci 1 iş günü qalmış yazılır, qəbulun vaxtı və yeri barədə məlumatlandırılırlar.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların videoqəbulunun təşkili” Qaydasının 3.1-ci maddəsinə əsasən ədliyyə naziri, onun müavinləri, nazirliyin baş idarə və idarə rəislərinin videoqəbulları qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda nazirliyin aparatının və ya regional ədliyyə idarələrinin xüsusi avadanlıqla təchiz olunmuş qəbul otaqlarında həyata keçirilir.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların videoqəbulunun təşkili” Qaydasının 4-cü maddəsinə əsasən videoqəbullar zamanı edilmiş müraciətlər video fayl şəklində Nazirliyin “Elektron sənəd dövriyyəsi” informasiya sistemində qeydiyyata alınır, habelə müraciətlər üçün qeydiyyat-nəzarət vərəqələri tərtib edilir. Müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxılır və Nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların videoqəbulu həyata keçirilərkən onların müraciətlərinə Nazirliyin Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 5-N nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarında vətəndaşların qəbulu Qaydası”na Əlavə 4-də nümunəvi forması göstərilmiş blankda müvafiq qeydiyyat aparılır.
- Proqram təminatı həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənilir; - “ASAN Login” sistemi vasitəsilə, və ya istənilən notariusa yaxınlaşaraq birdəfəlik şifrə əldə edilməklə qeydiyyatdan keçilir;
- nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin rəsmiləşdirilməsi; - nəqliyyat vasitələrinə dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin rəsmiləşdirilməsi; - hüquqi yardımla bağlı müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini məhkəmə və digər dövlət orqanlarında təmsil etmək üçün vəkilə etibarnamənin verilməsi; - pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara həmin dərmanları əldə etmək üçün etibarnamələrin verilməsi; - rəsmiləşdirilmiş notariat hərəkətləri barədə məlumat əldə etmək; - notarius və notariat hərəkətləri barədə məlumat əldə etmək.
- doğumun və nikahın elektron qeydiyyatı; - nəqliyyat vasitələrinə dair etibarnamələrin rəsmiləşdirilməsi; - şəxs və onun ailə tərkibi, eləcə də bəzi notariat hərəkətləri barədə informasiyanın əldə edilməsi.
- “www.exidmet.justice.gov.az” portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi” bölməsini seçərək şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, şəxsiyyəti təsdiq edən sənəd olmadıqda isə ad, soyad, ata adı və doğum tarixi barədə məlumatlar daxil edilərək ödənişsiz əldə edilir. Eyni zamanda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün bu xidmətdən istifadə zamanı istifadəçiyə məxsus mobil telefon nömrəsinə göndərilən təhlükəsizlik kodundan istifadə edilir.
- yetkinlik yaşına çatmamış şəxslərin dövlət sərhədindən keçməsi üçün valideynlərin razılıq ərizələrinin rəsmiləşdirilməsi; - borca görə ölkədən çıxışa məhdudiyyətin qoyulub-qoyulmadığının yoxlanılması; - ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər üçün həmin borcun və bununla əlaqəli ödənişlərin nağd və ya onlayn qaydada həyata keçirilməsi.
- Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsinə daxil olaraq “Azərbaycan adları barədə məlumat” elektron xidmətində istənilən adı yazıb həmin adla bağlı izahlı şərhi, illər üzrə ən çox verilən adların sayı haqqında statistik məlumatları əldə etmək mümkündür.
- “Vahid məhkəmə portalı” (https://courts.gov.az/) vasitəsilə - açıq sənədlərlə, məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış olmaq; - Vahid məhkəmə portalında “Elektron kabinet” formalaşdırmaqla informasiya sisteminin istifadəçiləri özlərinə aid sənədləri (məlumatları) əldə edə, onları çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə, habelə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə bilərlər.
- “ASAN login” vasitəsilə “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə edilən vahid istifadəçi adı və şifrə ilə, həmçinin “Elektron imza” və “ASAN imza” vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində (https://e-mehkeme.gov.az:) qeydiyyatdan keçdikdə adınıza avtomatik qaydada elektron kabinet formalaşdırılır.
- “ASAN ödəniş” və "Hökumət ödəniş portalı" platformaları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə qeyri-nağd şəklində plastik kartla; - “ASAN pay” və “Milli Ön” terminalları vasitəsilə nağd şəklində.
Cavab: "Penitensiar" sözü latın dilindəki “poenitentia " sözündən yaranıb, tərcüməsi "peşmanlıq" deməkdir.
Cavab: Qulluğa qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-cil tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq - mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”nə əsasən fiziki hazırlıq üzrə normativləri yerinə yetirməlidirlər. - Turnikdə dartınma: 8 – 10 dəfə - 100 metr məsafəyə qaçış: 13.5 – 14.5 saniyə - 1000 metr məsafəyə qaçış: 3.30 – 3.50 dəqiqə
Cavab: Penitensiar xidmətdə qulluq keçmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları elektron poçt (info@penitensiar.justice.gov.az), Azərpoçt və Bakı şəhəri, Nizami küçəsi 114 ünvanda yerləşən xidmətin Baş idarəsindəki poçt qutusu vasitəsilə müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar xidmətin Baş idarəsində qəbul edilir və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslər müsahibədə iştirak etmək üçün “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nda göstərilmiş siyahıda sənədlərini təqdim edirlər. Sənədlərin təqdim olunmasından sonra namizədin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır və onun qulluğa qəbul edilməsinin mümkünlüyü barədə rəy tərtib olunur. Müraciət etmiş namizədlərin hər birinə müsahibə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən “Yaddaş kitabçası” verilir. Müraciət edən vətəndaşların qulluğa yararlı olub-olmaması Ədliyyə Nazirliyi Tibb baş idarəsinin hərbi-həkim komissiyası tərəfindən müəyyən edilərək bu barədə rəy verilir. Həkim komissiyasının rəyindən sonra namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-cil tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq - mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”nə əsasən fiziki hazırlıq üzrə normativləri yerinə yetirməlidirlər. Həkim komissiyası müsbət rəy vermiş, fiziki hazırlıqdan normativləri yerinə yetirmiş və qulluğa qəbulu edilməsinin mümkünlüyü barədə rəy tərtib olunmuş namizədlər müsahibəyə buraxılırlar. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər. Müsahibə hər bir namizədlə fərdi qaydada yuxarıda qeyd olunan Qaydalara uyğun həyata keçirilir. Hər namizədə iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün 5 sual verilir. Bu suallara verilən cavablar üzrə ən çox 25 bal toplamaq mümkündür. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibədən sonra kiçik rəis heyəti vəzifələri üçün müraciət etmiş namizədlərin təyinatı məsələsi həll edilir. Orta rəis heyəti vəzifələri üçün müsahibədən keçən şəxslər isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunur və təlimi müvəffəqiyyətlə bitirərək peşə fəaliyyətinə buraxılma barədə şəhadətnamə almış şəxslərin müvafiq vəzifələrə təyin olunması yerinə yetirilir.
Cavab: “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq aşağıdakı sənədlər təqdim olunur: - Müsahibədə iştirak etmək üçün vahid forma üzrə ərizə - kadrlar uçotunun şəxsi vərəqəsi; - tərcümeyi-hal; - ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti; - şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti; - əmək kitabçasının notariat qaydasında və ya kadr xidməti tərəfindən təsdiq - - olunmuş surəti; - sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı; - hərbi biletin notariat qaydasında təsdiq olunmuş surəti; - ailə tərkibi haqqında arayış; - 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil
Cavab: Azərbaycan Respublikasının “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. İstinad edilən qanunvericiliyə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığortaçı tərəfindən ödənilir.
Cavab: Bu müavinət “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində nəzərdə tutulmuşdur və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən "müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir." Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır.
Cavab: Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Pensiyaya çıxan əməkdaşların sənədləri toplanaraq məlumat vərəqi hazırlanıb pensiya təyin olunması məqsədi ilə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilir.
Cavab: Cəza müdddətinin bitməsi ilə əlaqədar üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə dair məlumatın əldə edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar xidmətinə yazılı şəkildə müraciət oluna bilər.
Cavab: Amnistiya hüquq pozuntuları törətmiş fərdi qaydada müəyyən edilməmiş şəxslər barəsində, onlara tətbiq olunmuş və ya tətbiq oluna biləcək cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilməsidir. Amnistiya aktı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Əfvetmə fərdi qaydada müəyyən edilmiş, məhkəmələr tərəfindən məhkum edilmiş şəxslər barəsində cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilməsidir. Əfvetmə Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.Cavab: Amnistiya hüquq pozuntuları törətmiş fərdi qaydada müəyyən edilməmiş şəxslər barəsində, onlara tətbiq olunmuş və ya tətbiq oluna biləcək cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilməsidir. Amnistiya aktı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Əfvetmə fərdi qaydada müəyyən edilmiş, məhkəmələr tərəfindən məhkum edilmiş şəxslər barəsində cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilməsidir. Əfvetmə Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Cavab: Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Əfvetmə haqqında Əsasnamə»yə əsasən əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Əfvetmə barədə müraciət islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra, məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra verilə bilər. Əfvetmə barədə məsələni həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
Cavab: 1840-cı ildə Şotlandiyalı coğrafiyaçı və Kral ordusunun Dəniz qüvvələrinin kapitanı Aleksandr Makonokin Avstraliyanın Norfolk adasındakı Britaniya cəzaçəkmə müəssisəsinə rəhbər təyin edildikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı ilk ideya irəli sürmüşdür. Bu zaman məhkumlara 3 bənddən ibarət plan tərtib edilmişdir. Planda nəzərdə tutulmuş 1-ci iki bənd yaxşı davranış, əmək və təhsil vasitəsi ilə qazanılmış həvəsləndirmələr, 3-cü bənd isə yuxarda qeyd edilən bəndlərə əməl etmə müqabilində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmədən ibarət idi.
Cavab: Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi institutu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-77-ci, Cəzaların İcrası Məcəlləsinin 70-ci və 170-ci, Cinayət-Prosessual Məcəlləsinin 513-514-cü maddələrinə uyğun olaraq həyata keçirilir.
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 513.2-ci və 514.3-cü maddələrinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən, eləcə də cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsindən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Məcəllənin 513.2-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 (bir) il keçdikdə verilə bilər.
Akademiyanın fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılmasıdır.
Akademiyada ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi həyata keçirilir.
Akademiyada ilkin uzunmüddətli tədris, icbari təlim və ixtisasların artırılması əyani təhsilalma forması üzrə distant formada həyata keçirilir.
Hüquq Klinikasında vətəndaşlara şifahi və ya yazılı formada pulsuz (ödənişsiz) hüquqi yardım göstərilir.
Hüquq Klinikasında peşəkar vəkilin nəzarəti altında hüquq fakültəsinin tələbələri və gənc hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım göstərilir.
Hüquq Klinikasında əhalinin aztəminatlı təbəqəsinə, adambaşına düşən orta aylıq gəlirləri yaşayış minimumundan aşağı olan şəxslərə, pensiya yaşına çatmış şəxslərə, müharibə veteranları, əmək veteranları və silahlı qüvvələr veteranlarına,yetkinlik yaşına çatmayanlara, uşaqların hüquq və qanuni mənafeyini müdafiə edən qanuni nümayəndələrə, pulsuz hüquqi yardıma ehtiyacı olan əlilliyi olan şəxslərə,hüquq və qanuni maraqlarının müdafiəsi üçün pulsuz hüquqi yardıma müraciət edən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli elan edilmiş şəxslərə və onların qanuni nümayəndələrinə, 01 yanvar 2006-cı il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olan şəxslərə, hamilə qadınlar və 8 yaşınadək uşağı təkbaşına böyüdən şəxslərə,qaçqın və məcburi köçkünlərə və şəhid ailəsinin üzvlərinə pulsuz hüquqi yardım göstərilir.
Mülki hüquq, Ailə hüququ, Əmək hüququ, Mənzil hüququ, Sosial təminat hüququ, İnzibati hüquq, Mülki Prosessul hüquq, İnzibati Prosessual hüquq.
Pulsuz hüquqi yardım şifahi və yazılı formada (ərizə, iddia ərizələri, apellyasiya şikayətləri, vəsatətlərin və digər hüquqi sənədlərin tərtibi) olur.
Xeyr, vətəndaşlara pulsuz hüquqi yardım göstərən tələbələr, gənc hüquqşünaslar həmin şəxsləri məhkəmə və digər orqanlarda təmsil edə bilməz
Vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə həyata keçirilir.
Bəli, pulsuz hüquqi yardım göstərilməsindən imtina üçün əsaslar olduqda yardım göstərilməsindən imtina edilir.
Müraciət edən şəxs aztaminatlı şəxslərə aid deyildirsə, müraciət olunan məsələ cinayət mühakimə icraatı ilə bağlıdırsa, müraciət olunan məsələ hüquqi məsələ deyilsə, bölmədə əks tərəfin müraciətinə baxılırsa, müraciət edənin hüquqa zidd məqsədi varsa,müraciət edən şəxs aqressiv və qeyri-etik davranış nümayiş etdirirsə, müraciət edən şəxs sərxoş haldadırsa, müraciət edən şəxs pulsuz hüquqi yardımdan sui-istifadə etdikdə və dəfələrlə eyni predmet üzrə müraciət etdikdə pulsuz hüquqi yardımdan imtina edilir.
Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.
Məhkəmə ekspertlərinin Reyestri açıq olacaq, Nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Reyestrə daxil edəcək.
Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ekspert rəyi-məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Mütəxəssis istintaq və digər prosessual hərəkətlərin aparılmasına kömək məqsədilə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən dəvət olunmuş müxtəlif qeyri-hüquq sahələri üzrə biliyə malik olan və işdə marağı olmayan şəxsdir. Mütəxəssis prosessual statusuna görə ekspertdən fərqlənir. Ekspert öz xüsusi biliyindən istifadə edərək apardığı ekspert tədqiqatları nəticəsində qanunla sübut növlərindən biri olan ekspert rəyi verir. Mütəxəssis isə iş materialları üzrə icraatda istintaq (məhkəmə) və digər prosessual hərəkətlərin aparılmasında iştirak etməklə cinayət prosesini həyata keçirən orqana yazılı və şifahi məsləhətlər verir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təhqiqatçının, müstəntiqin, prokurorun və hakimin qərarı 1 (bir) aydan gec olmayaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərardadı 1 (bir) aydan gec olmayaraq, həmin Məcəllənin 172.2-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə 10 gündən gec olmayaraq, 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 3 günədək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı 10 gündən gec olmayaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışdırsa, inzibati orqanın qərarı 30 gündən gec olmayaraq, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur, ekspertiza sifariş edildikdə şəxslə bağlanan müqavilədə göstərilən müddətdə.
Maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materialları.
Tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər.
Müddət materialın Mərkəzə daxil olduğu gündən hesablanır və rəyin imzalandığı gün başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur.
Əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət yarandıqda, ekspertizanın təyin edilməsi haqqında qərar (qərardad) məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə vəsatət göndərilir. Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertizanı təyin etmiş orqan və ya şəxs tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə qanunvericilikdə nəzərdə tutulan müvafiq müddətlər uzadılır.
Prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyi istintaq orqanları və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.
İstintaq zamanı və ya məhkəmə prosesində tərəflər və ya işdə iştirak edən şəxslər ekspert rəyi ilə razılaşmadıqda yenidən ekspertizanın keçirilməsi ilə bağlı aidiyyəti orqanlar qarşısında vəsatət qaldıra bilərlər.
İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər.
Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.
Ekspert vəsatət verdikdən sonra tədqiqatın gedişində ehtiyac yaranarsa növbəti dəfə yenə vəsatət verə bilər.
Mərkəzdə aşağıdakı istiqamətlər üzrə ekspertizalar aparılır: - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin, o cümlədən cinayət işinin başlanılması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın halları üzrə təyin edilmiş məhkəmə ekspertizaları; - notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında ekspertizalar.
İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir.
Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edə bilər: - məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası pozulduqda və bu ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə; -verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda; - tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə; - tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodika və avadanlıqlar olmadıqda; -ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.
Vətəndaşlar Məhkəmə Ekspertizası Mərkəzinə rəsmi internet səhifəsində yerləşdirilən “Qaynar xətt” və ya “Online müraciət” bölmələri üzərindən müraciət edə bilərlər.
Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin müraciəti məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır.
Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizalar
Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir.
İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir.
Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.
Ekspertə aşağıdakıları etmək qadağandır: - məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin idarənin rəhbərindən başqa, hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq; - məhkəmə ekspertizası idarəsinin ekspertlərinə başqa idarənin əməkdaşı qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək; - məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq; - məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq; - təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq; - dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq; - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək
Ekspert bilə-bilə yalan verməyə görə CM-nin 297-ci maddəsi ilə məhkum oluna bilər.
Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə rəydə istifadə olunmuş terminlərin və tətbiq edilən metodların dəqiqləşdirilməsinə zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq və ya məhkəmə (hakim) qanunvericiliyə uyğun olaraq eksperti dindirə bilər.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: -məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar aparır; -elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir; -məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir; - ekspert profilaktikasını həyata keçirir; -qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Anatomik defekti və ya xroniki xəstəliyi ilə bağlı əmək qabiliyyətini itirmiş şəxslər əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı ilk növbədə penitensiar müəssisənin rəisinə ərizə ilə müraciət edir. Bundan sonra səhhətinin hazırki durumunun müəyyən edilməsi məqsədi ilə o, xəstəliklərinə müvafiq planlı qaydada müalicə müəssisələrinə köçürülür. Orada həmin şəxs ətraflı klinik, laborator, instrumental müayinələrdən, müxtəlif ixtisaslı həkim baxışlarından keçirilir, müalicə kursları və tibbi müşahidə aparılır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında Əsasnaməyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub. Bu proses 2017-ci ildən elektron qaydada, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə həyata keçirilir. Müalicə müəssisələrində hər bir şəxsdə müəyyənləşdirilmiş yekun kliniki diaqnoz, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olduqda və əlilliyə əsass verdikdə əlilliyə səbəb olan patologiyanın yaranması, inkişafı, azadlıqda aparılmış müayinələrin və müalicələrin nəticələri toplanmış digər bütün tibbi məlumatlar və təqdim edilən təsdiqedici tibbi sənədlər əsasında əlilliyin qiymətləndirilməsi üçün xüsusi göndəriş (Forma 88) doldurulur. Həmin məlumatlar elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə - TSERAS-a real vaxt rejimində ötürülür. Tibbi nəticələr, məlumatlar və patologiyanın dinamikası ilə bağlı təsdiqedici tibbi sənədlər tələblərə uyğun olmadıqda və ya xəstənin şəxsiyyət vəsiqəsi olmadıqda məlumatları elektron sistemə daxil etmək mümkün olmur. Göndərişi təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan məhbusda) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar elektron sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Bundan sonra həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə onu vermiş müalicə müəssisələrinin yerləşdiyi yer üzrə TSEK istisna olunmaqla hər hansı bir digər TSEK-ə göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlilliyin təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Beləliklə, elektron sistem göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir. Eyni zamanda, əlillik qrupunun təyin edilib-edilməməsinə dair qərar barədə məlumat, eləcə də əlillik təyin olunmasından imtina verilibsə, bu imtinanın səbəbi kimi Forma 88-i dolduran müalicə müəssisələrinin elektron ünvanına çatdırılır. Diqqətə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada, insan müdaxiləsi, subyektiv yanaşmalar mümkün olmayan belə bir şəffaf sistem mövcud olduğu halda, özünə xəsarət yetirmək, şantaj vasitəsilə dövlət orqanına təzyiq etmək, guya bununla əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır. Belə cəhdlər qeyri-qanunidir və heç vaxt müsbət nəticələnə də bilməz.
Bəli. Bu məsələ məhkumlara “Cəzaların icra məcəlləsi”nin 93.6 maddəsi ilə, həbs edilmiş şəxslər barədə isə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 22.6 maddəsi ilə tənzimlənir. Məhkum və ya qohumu təklif edilən həkimin iş yerindən arayışı, həkimlik fəaliyyətini təsdiq edən müvafiq sənədin surətini ərizə ilə müəssisə rəhbərinə təqdim etdikdən sonra sənədlər Tibb baş idarəsinə göndərilir, yazışmalar aparılaraq Penitensiar xidmətlə və müayinəni keçirəcək tibb müəssisəsi ilə tibbi tədbirin vaxtı razılaşdırılır. Təşkilati işlər yekunlaşdıqdan sonra müayinə həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs özü və yaxın qohumları barədə məlumatları əldə edə bilər
Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Reyestrində yalnız özləri və qanunvericilikdə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla yazılı surətdə müraciət etməklə tanış ola bilərlər.
Özləri və ya yaxın qohumları haqqında olan məlumatları əldə etmək üçün fiziki şəxs özünün şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədləri) təqdim etməlidir.
Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur.
https://qds.gov.az/ internet ünvanında linklərə daxil olaraq əldə etmək olar.