Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar

- Azərbaycan Respublikasının Konstitusiyası;

-"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;

-Ailə Məcəlləsi;

-"İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"İcra haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunu;

-Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə;

-"Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 17.08.2006-cı il tarixli Fərmanı;

-Mülki Məcəllədəfiziki şəxsin anlayışı, mülki hüquq və fəaliyyət qabiliyyəti, hüquqi şəxsin anlayışı, növləri, hüquq qabiliyyəti, onun yaradılması və ləğvi ilə bağlı müddüalar;

-Cinayət Məcəlləsində cəzanın anlayışı, məqsədi, əsas və əlavə cəzalar, şərti məhkum etmə, şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması ilə bağlı müddəalar;

-Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraata dair müddəalar;

-Cəzaların İcrası Məcəlləsində probasiya nəzarəti, elektron nəzarət vasitələrinin tətbiqi, məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər ilə bağlı müddəalar;

-İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət, inzibati xətalara görə tətbiq edilən tənbeh növləri və onların tətbiqi qaydaları, Ədliyyə Nazirliyi tərəfindən baxılan, habelə protokol tərtib edilən, o cümlədən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi, inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi inzibati xətaları üzrə işlərlə bağlı icraata dair müddəalar;

-"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda əsas anlayışların mahiyyəti, qanunun tətbiqi dairəsi, inzibati icraatın başlanılması üçün əsaslar, inzibati aktlar və onların icra edilməsi ilə bağlı müddəalar;

-"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda korrupsiyanın anlayışı, qarşısının alınması üzrə tələblər və məhdudiyyətlər, bu hüquqpozmaların subyektləri və onların məsuliyyəti ilə bağlı müddəalar;

-"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda vətəndaşların müraciət etmək hüququ, formaları, dövlət orqanlarının bu sahədə vəzifələri, vətəndaşların qəbul edilməsi, müraciətlərə baxılması qaydası və müddətləri ilə bağlı müddəalar;

-"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı;

-"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı;

-"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23.09.2020-ci il tarixli Fərmanı;

-"İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli Qərarı;

-"Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli Qərarı;

-“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2021-ci il tarixli Qərarı;

-“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli Qərarı;

-Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları";

-İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada hüquq və azadlıqlar, Avropa İnsan Hüquqları Məhkəməsi, Azərbaycan Respublikasının Konvensiyaya dair bəyanat və qeyd-şərtləri ilə bağlı müddəalar;

iacca
iap
business ready
eplc
Ən Tez