14 iyul 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə magistr pillələrini, 2004-cü ildə isə Böyük Britaniyanın Esseks Universitetini “British Chevening” təqaüd proqramı ilə beynəlxalq insan hüquqları ixtisası üzrə ikinci magistr təhsilini fərqlənmə diplomları ilə bitirmişdir.2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Həmin il İngiltərənin Oksford Universitetinə “Weidenfel...
Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonunda anadan olmuşdur.1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakütəsini ikinci ali təhsil üzrə bitirmişdir. Cenevrə (Graduate Institute of International and Development Studies), Ankara (Türkiyə Ədliyyə Akademiyası), Paris (Ecole Nationale de la Magistrature) və Berlin (GTZ/GİZ) şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün nəzərdə tutulmuş ixtisasartırma və təlimçilərin hazırlan...
Toğrul Aydın oğlu Hüseynov 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır. Həmçinin Harvard Biznes Məktəbində davamlı biznes strategiyaları üzrə əlavə ixtisaslaşmışdır. 2010-2013-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətind...
Mübariz Hüseyn oğlu Əhmədov 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq vəzifəsində çalışmışdır. 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində işləmişdir. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbə...
15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışmışdır. 2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilmişdir. 2006-cı ilin...
Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunub. 2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İc...