Toğrul Aydın oğlu Hüseynov 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır. Həmçinin Harvard Biznes Məktəbində davamlı biznes strategiyaları üzrə əlavə ixtisaslaşmışdır.
2010-2013-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2013-2016-cı illərdə Qanunvericilik baş idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq şöbəsində bölmə rəisi, 2017-ci ilin avqust ayından 2024-cü ilin aprel ayınadək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışmışdır.
2024-cü ilin aprel ayından sentyabr ayınadək Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 sentyabr tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
Rus və ingilis dillərini bilir.