Fəaliyyət istiqamətləri

  • ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

  • ədliyyə sahəsinin inkişafını təmin edir;

  • hüquq-mühafizə fəaliyyətini həyata keçirir;

  • qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;

  • vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;

  • notariat fəaliyyətini təşkil edir;

  • qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestrini aparır;

  • sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;

  • Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;

  • qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

  • məhkəmə qərarlarının icrasını təmin edir;

  • penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;

  • bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;

  • qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;

  • hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;

  • məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir;

  • hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;

  • ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;

  • hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;

  • hüquqi maarifləndirmə işini həyata keçirir;

  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

iacca
iap
business ready
eplc
Ən Tez