Sual-Cavab

“Sual-cavab” bölməsində yerləşdirilməsi üçün tərtib olunmuş sualların

S İ Y A H I S I

1) Sual: Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır?

Cavab: Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə

ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı

göstərilməlidir.

2) Sual: Bələdiyyə iclası hansı halda səlahiyyətlidir?

Cavab: Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə

səlahiyyətlidir.

3) Sual: Hüquqi və fiziki şəxslər yerli vergilər və ödənişlərlə bağlı borcları

barədə məlumatları necə əldə əldə edə bilərlər?

Cavab: Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı

borcları barədə onların yazılı müraciəti əsasında, 1 iş günü

müddətində arayış verirlər.

4) Sual: Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrindən kimlərə pulsuz

torpaq sahəsi verilir?

Cavab: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan

döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak

olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara

fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir

dəfə pulsuz verilir.

5) Sual: Bələdiyyə torpaqlarının icarəyə ayrılması qaydası necədir?

Cavab: Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq

hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

6) Sual: Bələdiyyələr öz fəaliyyətini hansı qaydada həyata keçirirlər?

Cavab: Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə

həyata keçirir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq

bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin icra orqanı onun icra

aparatıdır. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri

rəhbərlik edir

7) Sual: Satışa çıxarılan torpaq sahələrinin qiyməti necə müəyyən edilir?

Cavab: Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi

üçün bilavasitə satıldıqda qiymətlər hərraca və ya müsabiqəyə çıxarılan

bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Torpağın qiyməti son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın qiymətindən az ola bilməz.

8) Sual: Qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergilərin və

ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında

ödənilməsinə nəzarət kim tərəfindən həyata keçirilir?

Cavab: Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs

çoxluğu ilə qəbul edilir.Qanunvericiliklə müəyyən olunmuş qaydada

vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında

ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən

həyata keçirilir.

9) Sual: Bələdiyyə sədrinin seçilməsi qanunla necə tənzimlənir?

Cavab: Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında

bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir.

Bələdiyyə sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini

topladıqda seçilmiş hesab olunur.

10) Sual: Yerli əhali yerli büdcənin layihəsi ilə nə vaxt tanış etdirilir?

Cavab: Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən

10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc

edilir.

iacca
iap
business ready
eplc
Ən Tez