ABİDDİN QABİL OĞLU HÜSEYNOV

Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonunda anadan olmuşdur.

1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.  2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakütəsini ikinci ali təhsil üzrə bitirmişdir. 

Cenevrə (Graduate Institute of International and Development Studies), Ankara (Türkiyə Ədliyyə Akademiyası), Paris (Ecole Nationale de la Magistrature) və Berlin (GTZ/GİZ) şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün nəzərdə tutulmuş ixtisasartırma və təlimçilərin hazırlanması proqramlarında iştirak etmişdir. 

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlamış, 2000-2010-cu illər ərzində Beynəlxalq hüquqi məsələlər şöbəsində müxtəlif vəzifələrdə, Aparat rəhbərinin köməkçisi, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. 

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilmişdir.

2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildən 2024-cü ilin 4 iyun tarixinədək Ali Məhkəmənin hakimi vəzifələrində çalışmışdır.  

2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilmişdir.

2013-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi üzrə, 2016-cı ildən Avropa Şurasının proqramı çərçivəsində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun hakimlərə tədrisi üzrə təlimçi kimi fəaliyyət göstərmişdir. 

2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində “Mülki proses” fənnini tədris edir.

Hüquq sahəsində müxtəlif elmi-praktiki nəşrlərin müəllifi, redaktoru və redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Məhkəmə - Hüquq Şurasının üzvüdür.

Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı və Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmişdir.

İngilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

iacca
iap
business ready
eplc
Ən Tez