Türkiyənin Avropa Şurası Nazirlər Komitəsinin sədri (Konfrans) qismində irəli sürdüyü təşəbbüslə 2011-ci ilin 26 və 27 aprel tarixlərində İzmir şəhərində keçiriləcək yüksək səviyyəli Konfrans,
1. İnsan Hüquqları və Fundamental Azadlıqların Qorunması Konvensiyasına üzv dövlətləri bu Konvensiyadan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl etməyi və onun əsası qoyulmuş mexanizminə nəzarət edilməsinin zəruriliyini vurğulayaraq;
2. bu mexanizmin səmərəliliyinin qısa, orta və uzun müddətlər ərzində təmin edilməsində qərarlı olduğunu bildirərək;
3. Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra Məhkəmə) Avropada insan hüquqlarının qorunması sahəsində etdiyi əvəzolunmaz töhfələri nəzərə alaraq;
4. 2010-cu il fevral ayının 19-da İnterlaken yüksək səviyyəli Konfransında qəbul olunmuş Bəyannamə və Fəaliyyət Planının prinsiplərini təsdiq edərək və son müddətlərin təsdiq edilməsi məsələsi də daxil olmaqla, Konfransın İnterlaken prosesindəki tempin saxlanılmasında qərarlı olduğunu bildirərək;
5. bu prinsiplər arasında köməkçi xarakter daşıyan Konvensiyanın mexanizminin fundamental və dəyişən prinsiplər müəyyən etməsini Avropa İnsan Hüquqları Məhkəməsi və üzv dövlətlər tərəfindən də nəzərə alınmasının zəruriliyini qeyd edərək;
6. Konvensiya mexanizminin işlək olmasına təminat verilməsində Məhkəmənin və üzv dövlətlərin məsuliyyətini nəzərə alaraq;
7. Məhkəməyə edilmiş müraciətlərin sayının davamlı olaraq artmasını əminliklə vurğulayaraq;
8. bütün bu müraciətlərə münasib zaman kəsiyində baxılmasının təmin edilməsi üçün daxil olan və icraata götürülən işlər arasında balans yaradılmasında 14 nömrəli Protokolun kifayət etməməsini nəzərə alaraq;
9. Avropa İttifaqının Konvensiyaya qoşulması şərtləri ilə bağlı davam edən danışıqları yüksək qiymətləndirərək;
10. İnterlaken Konfransında əldə edilmiş konkret nailiyyətləri yüksək qiymətləndirərək;
11. mexanizmin səmərəliliyinin saxlanılmasında əlavə tədbirlərə ehtiyac olmasına baxmayaraq, Məhkəmənin Prezidenti tərəfindən Konfransa verilmiş ilkin töhfələri və Məhkəmənin Plenar iclasının rəylərini nəzərə alaraq;
12. İnterlaken Konfransında qeyd olunan, Məhkəmə Qaydalarının 39-cu qaydasına uyğun olaraq bəzi məsələlərlə bağlı təcili tədbirlərin artırılması nəticəsində Məhkəmənin işinin artmasına diqqət yetirərək;
13. bəzi üzv dövlətlərin yüksək instansiya məhkəmələrinin konsultativ rəylərin təfsiri və Konvensiyanın tətbiqi ilə bağlı Məhkəməyə sorğu göndərmək marağında olduğunu nəzərə alaraq;
14. yuxarıda qeyd olunanları nəzərə almaqla, bir tərəfdən əldə olunmuş nailiyyətlərlə bağlı nəticələrin müzakirə olunması zamanı olduğunu, digər tərəfdən isə İnterlaken Konfransından sonra meydana gələn yeni narahatlıqlara və problemlərə müvafiq olaraq reaksiya verilməsi üçün onların aydınlaşdırılmalı olduğunu qeyd edərək;
15. Konvensiya mexanizminin davamlı olaraq işləməsini təmin etmək məqsədilə Məhkəmənin gələcək rolu barədə uzun müddətli strateji fikir mübadiləsinin aparılmasına ehtiyac olduğunu vurğulayaraq;
Konfrans:
1. İlk öncə, İntrlaken Fəaliyyət Planına uyğun olaraq Konvensiyada düzəlişlərə ehtiyac duymayan təkliflərə dair yekun nəticələri müzakirə etməyi və son inkişaf prosesləri ilə əlaqədar lazımi tədbirlərin görülməsini təklif edir;
2. 14 nömrəli Protokolun tətbiq olunması üçün Məhkəmə tərəfindən görülmüş tədbirləri və prioritet məqsədlərin qarşıya qoyulmasını yüksək qiymətləndirərək;
3. 14 nömrəli Protokolun müddəalarının daxil olan və baxılan işlər arasında balans yaratmağa imkan verməməsini və durmadan artan müraciətlərə surətli və effektiv baxılmasını təmin etmədiyi faktını nəzərə alaraq ardıcıl şəkildə əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayır;
4. qəbul edilmə kriteriyasının Məhkəmənin yüklənməsində və subsidiarlıq prinsipinin praktik cəhətdən həyata keçirilməsində əsas alət olduğunu nəzərə alaraq onun Məhkəmə tərəfindən tam effektlə işləməsinin zəruriliyini vurğulayaraq 14 nömrəli Protokolda göstərilən, hazırda qüvvəyə minməmiş qəbul edilmə kriteriyasının işlənib hazırlanmasını təklif edir və Nazirlər Komitəsini Konvensiya mexanizminin daha effektiv tətbiq olunması üçün yeni qəbul edilmə kriteriyasının təsis edilməsinin mümkün yollarını araşdırmaqla işə başlamağa səsləyir;
5. təfsir prinsipinin davamlı olaraq tətbiq edilməsinin zəruriliyini qeyd edərək;
6. namizədlikləri Avropa Şurası Palament Assambleyasına təqdim olunmamışdan əvvəl üzv dövlətlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə təklif olunan hakimliyə namizədlərin yoxlanılmasına görə məsuliyyət daşıyan hakimlərin seçilməsi üzrə Konsultativ Ekspertlər Qrupunun yaradılmasını alqışlayır;
7. güclü potensiala malik olan namizədlər tərəfindən müraciətlərin daxil olmasını təmin etmək və müvafiq təcrübəyə malik olan səlahiyyətli, qərəzsiz və məhkəmə keyfiyyətinə malik hakimlərin seçilməsi üçün Nazirlər Komitəsini hakim vəzifəsinə olan kriteriyalar üzərində işləməyə milli və beynəlxalq səviyyədə davam etməyə çağırır;
8. məhkəmə qərarlarının icrasına Nazirlər Komitəsi tərəfindən nəzarət edilməsi ilə bağlı yanaşmanın qəbul edilməsini yüksək qiymətləndirərək;
9. İnterlaken Konfransından bəri meydana gələn problem və narahatçılıqlarla yanaşı, Avropa Şurası, Məhkəmə və Nazirlər Komitəsində gedən hazırkı inkişaf proseslərini nəzərə alaraq İnterlaken Fəaliyyət Planında öz əksini tapmış Növbəti Addım Planını alət qismində qəbul edir və onun bəzi aspektlərini aydınlaşdırmaq və tamamlamaq məsələsini qarşısına məqsəd qoyur.
Növbəti Fəaliyyət Planı
Konfrans:
1. Üzv dövlətlərin Konvensiya mexanizminin özəyi olan şəxsi müraciət hüququ ilə bağlı əlavə etdiyi sənədləri təsdiq edərək əsaslı müraciətlərə vaxt itirmədən baxılmasını və əsassız müraciətlərin edilməsinin qarşısını almaq naminə təcili olaraq müvafiq tədbirlərin görülməsini zəruri sayır;
2. hesab edir ki, məhkəməyə edilən müraciətin sadələşdirilməsi ilə bağlı, müraciət zamanı ödəniş sisteminin tətbiq olunması məhkəmə tərəfindən işlərin qaydaya salınmasını təmin edəcəkdir və bu məqsədlə Nazirlər Komitəsini və Məhkəməni lazımi tədbirlər görməyə çağırır;
3. Məhkəmə tərəfindən görülmüş təxirəsalınmaz tədbirlərin təcrübədə olan inkişafını yüksək qiymətləndirərək və Məhkəmənin miqrasiya üzrə Apelyasiya Tribunalı və ya 4-cü məhkəmə instansiyası olmadığını bildirərək, təxirəsalınmaz tədbirlərlə bağlı sorğuların icrasının subsidiralıq prinsipinə tam şəkildə əməl olunması ilə həyata keçirilməsinin, bu sorğular icra olunarkən faktlar və şəraitin hər bir individual iş üzrə qiymətləndirilməsinin, ona mahiyyəti üzrə sürətlə baxılmasının zəruriliyini vurğulayır. Bu baxımdan Konfrans:
- Üzv dövlətlərdə işlərə yerli səviyyədə baxılarkən, lazım gəldikdə işin saxlanmasını, ədalətli və effektiv həll olunması üçün müvafiq zaman kəsiyində onun Konvensiyaya və Məhkəmə presedent hüququna uyğun şəkildə baxılıb-baxılmamasının araşdırılmasını zəruri hesab edir və yerli məhkəmələrin görülmüş təxirəsalınmaz tədbirlərə dair Məhkəmə ilə müzakirə aparmaq imkanının olduğunu nəzərə alaraq üzv dövlətləri eyni zamanda həmin tədbirlərə uyğun olaraq fəaliyyət göstərməyə çağırır;
- ərizəçiləri və onların nümayəndələrini Təxirəsalınmaz Tədbirlərlə bağlı Təcrübə Təlimatına hörmətlə yanaşmağa çağırır və Təlimata hörmət edilmədiyi təqdirdə Məhkəməni müvafiq qərarlar çıxarmağa səsləyir;
- məcburi köçkünlük və miqrasiya məsələlərinə baxarkən Məhkəməni yerli prosedurları tam olaraq qiymətləndirməyə və nəzərə almağa çağırır və bu prosedurların ədalətlə, insan hüquqlarına hörmətlə həyata keçirildiyi aşkar olunarsa bir sıra hallar istisna olmaqla, onlara müdaxilə etməməyə dəvət edir;
- Məhkəməni üzv dövlətlərlə birgə subsidiarlıq prinsipinə uyğun olaraq təxirəsalınmaz tədbirlərə dair təcrübələri öyrənməyə, təxirəsalınmaz tədbirlər görülərkən işlərə mahiyyəti üzrə, məhdud zaman çərçivəsində, sistem şəkildə və sürətli baxılmasının tətbiqinə çağırır.
4. Baş Katibliyin potensial iddiaçılar və onların qanuni nümayəndələrinin Konvensiya və məhkəmə presedent hüququ haqqında geniş və hərtərəfli məlumatlandırılması, xüsusilə ərizənin verilməsi proseduru və qəbul edilmə kriteriyası istiqamətində etdiyi töhfə, eyni zamanda Məhkəmənin Qeydiyyat idarəsi tərəfindən hazırlanmış geniş əhatəli əl kitabçası və siyahı yüksək qiymətləndirilir və bunun mümkün qədər aşkar şəkildə qəbuledilməz işlərlə bağlı edilmiş müraciətlərin qarşısının alacağını hesab edir;
5. Baş Katibliyi təcili olaraq Avropa İttifaqı ilə əməkdaşlığa dair Nazirlər Komitəsinə göndərilən hesabatda da öz əksini tapmış, informasiyanın təqdim edilməsi və tədrisin həyata keçirilməsi haqqında təkliflər hazırlamağa çağırır.
Konfrans:
1. İnterlakendə edilmiş çağırışları təkrarlayır və üzv dövlətləri aşağıdakı məsələlərə xüsusi diqqət yetirməyə dəvət edir:
a) Konvensiyanın müddəalarının pozulduğu güman edildikdə məsələ üzrə qərar çıxara biləcək və lazım olduqda pozulmuş hüququ bərpa edə biləcək ümumi və ya xüsusi xarakterli effektiv dövlətdaxili müdafiə vasitələrinin səmərəli fəaliyyətini təmin etmək;
b) məhkəmənin qərarlarının icrasına nəzarət metodları çərçivəsində Nazirlər Komitəsi ilə tam şəkildə əməkdaşlıq etmək;
c) hakim, prokuror, hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələri əməkdaşları üçün nəzərdə tutulmuş peşəkar tədris proqramlarında məhkəmənin presedent hüququ haqqında geniş şəkildə işıqlandırılmasını təmin etmək;
d) Məhkəmənin Qeydiyyat idarəsi tərəfindən hazırlanmış Qəbul Kriteriyası üzrə Praktiki Bələdçisinin milli dilinə tərcümə etmək məsələsini nəzərdən keçirmək;
e) İnsan Hüquqları Etibar Fondunun töhfəsini nəzərə almaq.
2. Üzv dövlətləri qənaətbəxş təcrübəni və mümkün çatışmamazlıqları özündə əks etdirən, 2011-ci ilin sonunadək təqdim edilməli olan milli hesabatların hazırlanmasına diqqət yetirməyə dəvət edir və hesab edir ki, bu hesabatlar milli səviyyədə gedəcək inkişafda əsaslı baza ola bilər;
Konfrans:
1. Böyük məmnuniyyətlə yeni, tək hakimlər formasiyasının tətbiq olunmasının ürəkaçan nəticələrinin olduğunu bildirir. Həmçinin hesab edir ki, görülmüş və görülməkdə olan tədbirlər, təmizləməni nəzərdə tutan yeni müddəaların qüvvəyə minməlidir.
2. Qısa müddətli tədbirlərə gəlincə, tək-hakimlilik iş vaxtında işləyən hakimlər tərəfindən təmizləmə sisteminin nəzərə alınmasını və qiymətləndirilməsini zəruri sayır və Konvensiyaya düzəliş tələb etmədən təmizləmə sisteminin gələcək imkanlarını araşdırmaq işini davam etməyə çağırır;
3. Uzun müddətli tədbirlərə gəlincə isə, Nazirlər Komitəsini daha mükəmməl təmizləmə sistemlərindən yaralanmağa və lazım gəldikdə Konvensiyaya düzəliş edilməsini tələb etməyə çağırır. Bu baxımdan Konvensiyaya düzəliş tələb edən belə bir təmizləmə sistemi üçün xüsusi təkliflər 2012-ci il aprel ayına kimi hazırlanmalıdır.
Konfrans:
1. Məhkəmənin təfsiredici rolunu və ərizəçilərin sayını azaltmaq naminə yerli adekvat tədbirlərə ehtiyac olduğunu nəzərə alaraq Nazirlər Komitəsini Konvensiyanın və məhkəmə presedent hüququnun müddəalarını aydınlaşdırmağa yardım edəcək təfsir və tətbiq ilə bağlı yerli yüksək instansiya məhkəməsinin Məhkəməyə konsultativ rəy alınmasına dair sorğu göndərməsinə şərait yaradan proseduru araşdırmağa dəvət edir və bu gələcəkdə üzv dövlətlərə hüquq pozuntularının qarşısını almağa yardımçı ola bilər;
2. Məhkəməni konsultativ rəylərlə bağlı məsələdə Nazirlər Komitəsinə yardım etməyə çağırır.
Konfrans, üç hakim komitələrinə yeni səlahiyyətlər verilməsinin ürəkaçan nəticələrini böyük məmnuniyyətlə qeyd edərək və İnterlaken Fəaliyyət Planının təkrar müraciətlərlə bağlı etdiyi çağırışları dəstəkləyərək:
1. Üzv dövlətləri təkrar işlərə onu həll etmək və ya birtərəfli bəyanat yolu ilə baxmağa dəvət edərək;
2. Məhkəmənin üzv dövlətlərə işləri həll etmək və onlara birtərəfli bəyanat qaydasında baxmağa aktiv yardım göstərilməsinin vacibliyini vurğulayaraq onu işlərə baxılmasında, mübahisələrin həll edilməsində məlumatlılığın artırılması baxımından həvəsləndirici rolunu qeyd edərək;
3. hesab edir ki, üç hakim komitələri Məhkəmənin "daha mükəmməl formada yaradılmış presedent hüququ"na istinad edərək işə baxdıqda cavabdeh dövlətin qanunvericilik və faktiki baxımdan inkişafını nəzərə almalıdır;
4 Nazirlər Komitəsinin hazırda Konvensiyaya düzəliş tələb edən, Məhkəmənin işlərə baxma imkanını artırmaq üçün xüsusi təkliflərin hazırlanması üzərində işləməsini qiymətləndirir və bu təkliflərin təkrar işlərə ağılabatan zaman kəsiyində baxılması üçün Məhkəməyə yardımçı olacağına ümid edir;
5. pilot-mühakimə proseduru ilə bağlı Məhkəmə tərəfindən qəbul edilmiş "Məhkəmə Qaydaları"nın 61-ci qaydasını yüksək qiymətləndirir.
Konfrans:
1. İnterlakendə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Məhkəməni dəstəkləyəcəyinə zəmanət verir;
2. İnterlaken Fəaliyyət Planında edilmiş çağırışları, Məhkəmənin nüfuz və etibarını, özündə daim diqqət və qayğı ehtiva etməsini nəzərə alaraq onu aşağıdakıları etməyə dəvət edir:
a) Ciddi, ardıcıl və proqnoz verilə bilən qəbul edilmə kriteriyası və Məhkəmənin yurisdiksiyasına (ratione temporis, ratione loci, ratione personae, ratione materiae) dair qaydalar tətbiq etmək,;
b) Məhkəmənin xırda məsələlərlə məşğul olmaması prinsipinə (de minimis non curat praetor) uyğun olaraq tam şəkildə yeni qəbul edilmə kriteriyasının hazırlanması;
c) öz prsedent hüququnda onun dördüncü instansiya məhkəməsi olmadığını təsdiq etmək və yerli məhkəmələr tərəfindən yaranmış hüququ və əldə olunmuş faktları yenidən müayinə etməyə yol verməmək;
d) müxtəlif şəraitlərdə nəticə ilə bağlı ədalətli məmnunluq səviyyəsinin yaradılması da daxil olmaqla, Konvensiyanın 41-ci maddəsinin tətbiqi ilə bağlı bütün tərəflər üçün proqnoz verilə bilən ictimai qaydalar yaratmaq;
e) 5 hakim panelinin baxılan işin Böyük Palataya verilməsinə etiraz etməsi barədə qərarının əsaslı olmasını təmin etməklə təkrar müraciətlərin qarşısının alınması və Palata mühakiməsinin daha yaxşı dərk edilməsi;
f) gələcəkdə qənaətbəxş əməkdaşlığa nail olmaq üçün hökumət nümayəndələri ilə müntəzəm olaraq görüşlər təşkil etmək;
g) hüquqşünaslar və digər mütəxəssislər üçün nəzərdə tutulmuş tədris mərkəzi yaratmaq naminə Nazirlər Komitəsinə neytral büdcə əsası ilə təkliflər təqdim etmək;
3. böyük məmnuniyyətlə qeyd edir ki, Məhkəmədə qeydiyyatında yaradılmış mexanizm büdcə və insan resurslarından daha yaxşı istifadə etməyə şərait yaradır;
4. Məhkəmənin Qeydiyyat idarəsinin qəbul edilmə ilə bağlı hazırladığı sənədi yüksək qiymətləndirir və Məhkəmə tərəfindən ərizəçilərdə narahatçılıq doğuran əsas və prosedur normaları ilə bağlı presedent hüququna dair eyni işin görülməsini arzu edir;
5. üzv dövlətlərə ikinci yerli hakimlərin və uyğun olduqda digər yüksək səviyyəli müstəqil hüquqşünasların göndərilməsini tövsiyə edir.
Konfrans İnterlaken Konfransının Avropa Şurası çərçivəsində gördüyü işləri nəzərə alaraq Nazirlər Komitəsini Konvensiyaya düzəliş edilməsi üçün sadələşdirilmiş prosedurun müddəaları da daxil olmaqla, Statut və ya Konvensiya üçün yeni müddəa hazırlamağa çağırır.
Konfrans:
1. Məhkəmə qərarlarının icrasına nəzarət üzrə təqdim olunmuş yeni standartları və inkişaf etmiş prosedurları dəstəkləyərək Nazirlər Komitəsini 2011-ci ilin sonunadək effektivliyi artırmağa köməklik göstərməyə çağırır;
2. İnterlaken Konfransında məhkəmə qərarlarının icrasının zəruriliyi ilə bağlı edilmiş çağırışları dəstəkləyir və üzv dövlətlərin Konvensiya üzrə vasitələri seçərək öhdəliklərini yerinə yetirə bilmələri üçün Nazirlər Komitəsini ciddi şəkildə subsidiarlıq prinsipi tətbiq etməyə çağırır.
3. Nazirlər Komitəsinə Konvensiyaya uyğun şəkildə nəzarət funksiyasını həyata keçirməsi ilə bağlı verilmiş xüsusi rolu nəzərə alaraq nəzarəti Məhkəmənin hüquqi təhlilinin əsasında həyata keçirməyə çağırır.
Konfrans Avropa İttifaqının danışıqlar çərçivəsində Konvensiyaya qoşulması istiqamətində olan müsbət dəyişikliyi yüksək qiymətləndirir və Nazirlər Komitəsinə mümkün qədər qısa müddətdə qoşulma və Konvensiyaya ediləcək zəruri düzəlişlərlə bağlı müqavilə layihəsi təqdim etmək üçün bütün tərəfləri bu işi tamamlamaqda birgə səy göstərməyə çağırır.
Tətbiq edilmə.
Konfrans:
1. Üzv dövlətləri, Nazirlər Komitəsini, Məhkəmə və Baş Katibliyi hazırkı Növbəti Addım Planını həyata keçirmək üçün bütün lazımi tədbirləri görməyə səsləyir;
2. Nazirlər Komitəsini aşağıdakıları etməyə çağırır:
a) Məhkəməyə müraciətlə bağlı digər prosedur qaydaları və təcrübələri də daxil olmaqla, ərizəçilərə ödəniş sisteminin tətbiq olunması və daha səmərəli təmizləmə sisteminin tətbiq olunması, lazım gəldikdə Konvensiyaya düzəliş tələb edilməsi;
b) yerli yüksək instansiya məhkəmələrinə konsultativ rəylər ilə bağlı Məhkəməyə sorğu etməyə icazə verən prosedurun məqsədyönlü şəkildə işlənib hazırlanması;
c) təqdimetmə vasitələri, Məhkəmə Statutu və ya Konvensiya üçün yeni müddəa da daxil olmaqla, təşkilati məsələlərlə bağlı müddəalar üçün sadələşdirilmiş düzəliş prosedurlarının işlənib hazırlanması.
3. tək-hakim iş rejimində işləyən hakimlər tərəfindən təmizləmə sisteminin nəzərə alınmasını və qiymətləndirilməsini zəruri sayır və Məhkəməni Konvensiyaya düzəliş tələb etmədən təmizləmə sisteminin gələcək imkanlarını araşdırmaq işini davam etməyə çağırır;
4. 39-cu qaydaya uyğun olaraq A 3 bəndində göstərilən yanaşmanın tətbiqi Məhkəmə tərəfindən görüləcək təxirəsalınmaz tədbirlərin sayının azaldılmasına səbəb olacaqdır və bir il ərzində edilmiş müraciətlərin sürətlə öz həllini tapmasına yardım edəcəkdir. Nazirlər Komitəsi bu məsələ ilə bir ərzində məşğul olmağa dəvət edilir;
5. üzv dövlətləri, Nazirlər Komitəsini, Məhkəməni və Baş Katibliyi Məhkəmənin gələcək rolu ilə bağlı uzun müddətli strateji fikir mübadiləsi aparmağa çağırır;
6. Nazirlər Komitəsini və üzv dövlətləri Növbəti Addım Planının tətbiqi zamanı mülki cəmiyyətlə konsultasiya aparmağa və mümkün olduqda Məhkəmənin gələcək rolu məsələsinə toxunmağa dəvət edir,
7. üzv dövlətlərə 2011-ci ilin sonuna kimi hazırkı və İnterlaken Bəyannaməsinin müvafiq hissələrinin tətbiqi ilə bağlı atılmış addımlar haqqında hesabat hazırlamaları olduqlarını xatırladır;
8 Nazirlər Komitəsini müvafiq ekspertlər komitəsinə mandatları verməyə dəvət edir və bununla onlara İnterlaken Fəaliyyət Planının müəyyən olunmuş təqvimə uyğun olaraq hazırkı Bəyannamədə qarşıya qoyulmuş məqsədlər baxımından həyata keçirilməsində şərait yaranacaq;
9. sədrlik edən Türkiyədən hazırkı Bəyannaməni və İzmir Konfransında qəbul edilmiş prosedurları Nazirlər Komitəsinə təqdim etməyi xahiş edir;
10. gələcəkdə sədrlik edəcək dövlətləri hazırkı və İnterlaken Bəyannaməsinin tətbiq qaydasını izləməyə dəvət edir.