Azərbaycanda notariat institutu

Notariat dedikdə Notariat haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqi hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.

Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanünvericiliklə müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.

Notariat institutu, qanunla müəyyən edilmiş notariat əməliyyatını aparmaq hüququna malik olan vəzifəli şəxslər və orqanların sistemi, habelə notariat fəaliyyətini tənzimləyən normalardan ibarət qanunvericilik sahəsi, o cümlədən notariat icraatı və iştirakçıların fəaliyyəti məsələlərinin öyrənilməsindən ibarət olan tədris kurslarının məcmuu başa düşülür.

Notariat institutunun unikallığı və zəruriliyi, habelə cəmiyyət üçün iqtisadi cəhətdən sərfəli olması ondan ibarətdir ki, notariat hüququ qanunçuluq və hüquq qaydası əsasında hüquqi hərəkətlərin, dövlət tərəfindən hər hansı xərc çəkilmədən mülki dövriyyə iştirakçılarının öz hesabına həyata keçirilməsini təmin etməyə imkan verir.

Hüquq mühafizə orqanının ayrılmaz tərkib hissəsi olan notariat, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş vətəndaşların hüquq və qanuni mənafeyinin hüquqi müdafiəsinin etibarlı təminatçısıdır.

Azərbaycan Respublikasının ərazisində hal hazırda 46 dövlət notariat ofisi və 132 xüsusi notariusun çalışdığı 116 notariat ofisi fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.

iacca
iap
business ready
eplc
Ən Tez