Dövlət notariat arxivi

Dövlət notariat arxivi 7 avqust 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmri ilə yaradılmışdır.

Notariat hərəkətləri barədə sənədlər əsasən notariat ofislərində 6 il saxlandıqdan sonra Dövlət notariat arxivinə təhvil verilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivində notariat sənədləri 75 il saxlanılır.

Arxivin əsas vəzifələri:

notariuslardan və qanunvericiliklə notariat hərəkətləri aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxslərdən sənədləri qəbul etmək;

arxivdə saxlanan sənədlərdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada elmi məqsədlər üçün istifadə edilməsinə şərait yaratmaq;

Notariat haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq arxivdə saxlanan sənədlərdən dublikatlar vermək, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq etmək;

vəsiyyətnamənin dəyişdirilməsi, ləğv edilməsi, habelə onun bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini aldıqda vəsiyyətnamənin arxivdə saxlanan nüsxəsində və notariat hərəkətinin qeydiyyatı reyestrində bu barədə qeyd etmək;

səlahiyyətinə aid olan məsələlərlə bağlı vətəndaşları qəbul etmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək.

Arxivin hüquqları:

Üzərinə qoyulmuş funksiyaları həyata keçirmək üçün arxiv aşağıdakı hüquqlara malikdir:

arxivin səlahiyyətinə aid olan məsələlər üzrə notariuslara tövsiyələr hazırlamaq;

notariuslardan, notariat hərəkətlərini aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən, habelə vəsiyyətnamə təsdiq edən notariusa bərabər tutulan şəxslərdən arxiv işi üçün məlumatlar almaq;

dövlət notariat arxivinin fəaliyyəti barədə rəhbərliyi məlumatlandırmaq və arxivin işinin təkmilləşdirilməsi üçün təkliflər vermək.


Hal-hazırda arxivdə şəhər və rayon dövlət notariat ofislərinin  1927-ci ildən başlayaraq 2006-cı ilədək 1.000.000-dan çox notariat sənədləri saxlanılır. Mütəmadi olaraq notariat ofislərinin  arxiv sənədlərinin təhvil verilməsi prosesi davam etdirilir. Həmin notariat sənədləri barədə məlumatlar arxivdə yaradılan elektron məlumat bazasına daxil edilmişdir.

 

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyədov prospekti, 86 B

Telefon: (012) 561 77 04
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: VI-VII

iacca
iap
business ready
eplc
Ən Tez