Vətəndaşlar Hüseyn Mirzəyev, Rizvan Abişov və Naib Əsədovun Masallı və Yardımlı Rayon Məhkəmələrinin və Sumqayıt Şəhər Məhkəməsinin aparatında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 21.05.2021-ci il tarixli iclasında baxılıb.
İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 18.09, 14.09, 18.09 və 17.08 2020-ci il tarixli qərarları ləğv edilərək, namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.