25.06.2021 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaşlar Pünhan Quliyev, Nuranə Qurbanova, Səidə Yunuslu, Abbas Məcidov və Aydan Məmmədovanın müvafiq olaraq Bakı Ağır Cinayətlər, Xətai və Suraxanı Rayon məhkəmələrinin və Bakı Kommersiya Məhkəməsinin aparatında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 25.06.2021-ci il tarixli iclasında baxılıb.

İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 17.02, 05.03, 11.03, 16.03 və 25.05.2021-ci il tarixli qərarları ləğv edilərək, namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez