Chrome-un “İncognito” (Gizli) rejimi istifadəçilərinin veb tarixçəsindəki məlumatları toplaması iddiası ilə Google şirkətinə qarşı 5 milyard dollar dəyərində mülki iddia qaldırılıb.
Google şirkəti Chrome-un İncognito Rejimi gizli axtarış sessiyası zamanı istifadəçilərini izlədiyini iddia edən 5 milyard dollar məbləğində kollektiv mülki iddiaya məruz qalıb. Bu mülki iddia Google şirkətinin Chrome-un İncognito rejimindən istifadə zamanı məlumatlara müdaxilə, onların izlənilməsi və toplanılması üçün telefon zənglərinin gizlicə dinlənilməsi və məxfiliyə dair qanunların pozulması ilə əlaqədar qaldırılıb. Sözügedən iddia ötən ilin iyun ayında qaldırıldıqdan bəri Google onun rədd edilməsinə çalışır. Məhkəmə işini aparan federal hakim işi davam etdirməlidir. Hakimin verdiyi hökmdə bəyan edilir ki, Google şirkəti istifadəçilərinə onların məlumatlarının İncognito rejimində toplanıla biləcəyi barədə adekvat şəkildə məlumat vermir. ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində fəaliyyət göstərən Federal Dairə Hakimi Lucy Koh yazır:
“Məhkəmə belə bir nəticəyə gəlir ki, Google şirkəti istifadəçinin gizli axtarış rejimində olarkən məlumatlarının toplanılması ilə məşğul olduğunu istifadəçilərinə bildirməyib.”
Daha aydın şəkildə desək, iddianı qaldıran istifadəçilər İncognito rejimində olarkən Google şirkətinin digər xidmətlərdən istifadə edərək onların məlumatlarını toplamasına etiraz edir. Məsələn, istifadəçi İncognito rejimində hər hansı bir veb-saytı ziyarət edərkən onların məlumatları yenə də Google Analytics tərəfindən toplanıla bilər. İddianı qaldıran istifadəçilər bildirir ki, İncognito rejimində olarkən onlara məlumat izləyiciləri tərəfindən bütün istifadəçiləri əhatə edən məxfilik razılaşması təklif edilib.
Şirkətin mətbuat katibi Jose Castaneda tərəfindən verilən bəyanatla Google iddialara öz etirazını bildirib:
“Biz bu iddialara qətiyyətlə etiraz edirik və özümüzü onlardan müdafiə edəcəyik. Chrome-dakı İncognito rejimi sizə fəaliyyətinizi brauzerinizin və ya cihazınızın yaddaşında saxlamadan internetdən istifadə etmək seçimi verir. Hər dəfə yeni bir incognito paneli açdığınız zaman açıq şəkildə bəyan etdiyimiz kimi axtarış sessiyanız zamanı veb-saytlar axtarış fəaliyyətiniz haqqında məlumatları toplaya bilər.”
Google, həmçinin qeyd edir ki, iddiaçılar Chrome-un məlumatların toplanılması üzrə qaydalarını açıqlayan məxfilik siyasəti ilə razılaşıb. Google istifadəçilərin məlumatlarının İncognito rejimində belə toplanıla bilməsinə necə açıqlama verir? Gəlin baxaq.
İstifadəçilər Chrome brauzerində İncognito rejimindən istifadə edərkən məlumatlarının toplanılmasına dair Google şirkətinə qarşı kollektiv iddia qaldırır. Məhkəmə işinə baxan hakim Google şirkətinin öz istifadəçilərinə İncognito rejimində axtarış edərkən də məlumatlarının toplanıla bilməsi barədə məlumat verməməsini əsas gətirərək işi davam etdirir. Google hər dəfə İncognito pəncərəsi açdıqda istifadəçilərinə onların məlumatlarının veb-saytlar tərəfindən toplanıla bilmə ehtimalı barədə məlumat verdiyini deyərək bu iddialara etiraz edir. Bu da Chrome brauzerində İncognito rejimini aktivləşdirərkən istifadəçilərin qarşılaşdığını pəncərə:
Siz artıq İncognito rejimindəsiniz. İndi siz gizli şəkildə axtarış edə bilərsiniz və bu cihazdan istifadə edən digər insanlar sizin axtarış fəaliyyətinizi görməyəcək. Lakin endirmə və əlfəcinlər yaddaşda saxlanılacaq.
Chrome aşağıdakı məlumatları yaddaşda saxlamayacaq:
Axtarış fəaliyyətiniz aşağıdakılar tərəfindən görülə bilər: