Ədliyyə orqanlarında çalışan işçilərin xidməti intizama, o cümlədən etik davranış qaydalarına dürüst riayət etmələrinin təmini məqsədi ilə 2021-ci ildə müvafiq tədbirlər görülmüşdür.
2021-ci ildə ədliyyə orqanları üzrə əmək, icra intizamının və etik davranış qaydalarının tələblərini pozduqlarına görə 228 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. 16 nəfər tutduğu vəzifədən azad olunmuş, onlardan 9 nəfər ədliyyə orqanlarından xaric edilmişdir. Korrupsiya hüquqpozmaları təəssüratı yaradan əməllərə yol verdiklərinə görə 4 əməkdaş barəsində materiallar hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilmişdir.
Etik davranış qaydalarının tələblərinə ciddi əməl olunması ilə bağlı preventiv tədbirlər çərçivəsində, həmçinin işçilərin tədrisi və təlimi diqqət mərkəzində saxlanılmış, 2021-ci ildə 642 nəfər Ədliyyə Akademiyasında müvafiq kurslara cəlb edilmişdir. COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq onlayn təlimlər üstünlük təşkil etmişdir.