01.06.2022 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Dədəkişi Vəlizadənin Yasamal və İmişli Rayon məhkəmələrinin aparatında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdiyi şikayətlərə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 01.06.2022-ci il tarixli iclasında baxılıb.

İclasda şikayətçinin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 18.02 və 14.03. 2022-ci il tarixli qərarları ləğv edilərək, namizədlə yeni müsahibələrin keçirilməsi barədə qərarlar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez