29.11.2022 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaşlar Aysel Məmmədovanın, Ürfan Məmmədzadənin və Ənəs Məmmədlinin Bakı şəhərinin Sabunçu, Nərimanov Ucar Rayon məhkəmələrinin aparatında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 29.11.2022-ci il tarixli iclasında baxılıb.

İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 30.08, 07.09 və 28.09.2022-ci il tarixli qərarları ləğv edilərək, namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez