Ədliyyə orqanlarında çalışan işçilərin xidməti intizama, o cümlədən etik davranış qaydalarına dürüst riayət etmələrinin təmini məqsədi ilə 2022-ci ildə müvafiq tədbirlər görülmüşdür.
2022-ci ildə ədliyyə orqanları üzrə əmək, icra intizamının və etik davranış qaydalarının tələblərini pozduqlarına görə 206 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. 20 nəfər ədliyyə orqanlarından xaric edilmiş, 6 nəfər tutduğu vəzifədən azad olunmuşdur. Korrupsiya hüquqpozmaları təəssüratı yaradan əməllərə yol verdiklərinə görə xaric olunan 2 nəfər barəsində materiallar hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilmişdir.
Etik davranış qaydalarının tələblərinə ciddi əməl olunması ilə bağlı preventiv tədbirlər çərçivəsində, işçilərin tədrisi və təlimi diqqət mərkəzində saxlanılaraq 2022-ci ildə 304 nəfər Ədliyyə Akademiyasında müvafiq kurslara cəlb edilmişdir.