Doğum qeydiyyatı
Bakı şəhərinə Sovet ordusu hissə tətinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.
Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verişməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.
Heydər ƏLİYEV
21 yanvar 1990-cı il