"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı münasibətilə Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasına - 19 oktyabr 1991-ci il

Naxçıvan Muxtar Respublikasının əhalisi Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu böyük tarixi hadisə kimi qəbul edir.

Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanması haqqında keçirilmiş referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublikanın demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq, istiqlaliyyət uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası Ali hakimiyyət orqanıtətə findən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər.

Heydər ƏLİYEV,

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri

Naxçıvan səhəri, 19 oktyabr 1991-ci il

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez