Ölkə başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür.
Bu fikirləri yanvarın 31-də nazirliyin keçirilən kollegiya iclasında ədliyyə naziri Fikrət Məmmədov vurğulayıb.
Bildirib ki, bu münasibətlə nazirlik tərəfindən silsilə tədbirlər təşkil olunub, o cümlədən gənc ədliyyə işçiləri ilə, bölgələrdə vətəndaşlar və hüquq ictimaiyyəti ilə konfranslar və “açıq qapı” günləri keçirilib, nazirliyin saytında “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platforması yaradılıb.
Nazir 2023-cü ildə ədliyyə işçilərinin xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirmək, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqlarını vurğulayıb.