Vətəndaş Nərmin Bayramovanın və Ceyhun Mikayılovun Xətai Rayon və Bakı Apellyasiya məhkəmələrinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 14.03.2023-cü il tarixli iclasında baxılıb.
İclasda şikayətçilərdən N.Bayramovanın müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 25.11.2022-ci il tarixli qərarı ləğv edilərək, namizədlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.
Digər şikayətçi C.Mikayılovun müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.1-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 20.12.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.