26.04.2023 Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaşlar Ənəs Məmmədli və Salman Zeynalovun Biləsuvar, Ürfan Məmmədzadənin isə Qax Rayon məhkəmələrinin aparatlarında dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilmiş müsahibələrin nəticəsindən verdikləri şikayətlərə onların iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 26.04.2023-cü il tarixli iclasında baxılıb.

İclasda şikayətçilərin müraciətləri ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərin iştirakı ilə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyalarının 01, 03 və 08 fevral 2023-cü il tarixli qərarları ləğv edilərək, namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.

iacca
iap
business ready
eplc
Ən Tez